/ / Jan-Lük Reitzer: Milli Assambleyada qətnamənin əleyhinə olan deputatlara söz verilmədi, yalnız yalanlar səsləndirildi
Jan-Lük Reitzer: Milli Assambleyada qətnamənin əleyhinə olan deputatlara söz verilmədi, yalnız yalanlar səsləndirildi
05.12.2020 [00:49]
Bu, Assambleyada “söz azadlığı”nın təsdiqidir
Fransa Milli Assambleyasında “Avropada və Şərqdə erməni xalqının və xristian icmalarının müdafiəsinə dair qətnamə layihəsi” üzrə debatlarda çıxış üçün yalnız bu sənədin lehinə olan deputatlara söz verildi. Qətnamənin əleyhinə olan deputatlara söz verilmədi. Heç bir dəyəri, heç bir hüquqi əhəmiyyəti olmayan, yalnız rəmzi xarakter daşıyan bu qətnamə layihəsinin əleyhinə səs verdim.
Bu sözləri Fransa Milli Assambleyasının deputatı Jan-lük Reitzer Assambleyada “Avropada və Şərqdə erməni xalqının və xristian icmalarının müdafiəsinə dair qətnamə layihəsi” adlı sənədin debatları ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib.
Deputat bildirib ki, layihə ilə bağlı çıxışçılar siyasi qruplar tərəfindən təyin edilirdi. Mən çıxış üçün vaxt istədim, ancaq mənə söz verilmədi. Parisdən olan deputat Brijit Kulster qətnamənin mətni ilə bağlı izahat verdi, onun çox sayda erməni seçiciləri var.
Mənə isə çıxış üçün söz vermədilər. Çünki, mən həmin sənədin əleyhinə olanlardan idim. Bu, böyük səhvdir. Fransa Minsk qrupunun həmsədridir, o, öhdəsinə götürdüyü vasitəçi roluna uyğun olaraq bitərəf olmalı idi, ancaq aydın şəkildə Ermənistana tərəfkeşlik etdi. İndi Fransanın hansısa rol oynayacağını görmürəm.
Qeyd edib ki, xarici işlər naziri Jan-İv lö Dryan fikrini çox aydın ifadə etdi. O, açıq şəkildə mövqeyini bildirdi. Düzdür, o, “ermənilərin faciəsini bölüşürəm” dedi, ancaq deputatlara müqayisədə daha balanslı danışdı, Fransanın bitərəf qalmaq istəyini qeyd etdi.
“Deputatlar təzyiq altındadırlar, onlar düz danışmadılar. Xarici işlər komissiyasının iclasında onlara Bakıda erməni kilsəsi olmasından, onun dövlət hesabına bərpa edilməsindən, oradakı kitabların qorunub saxlanmasından danışdım. Ancaq həqiqəti eşitməzliyə vurdular”, - deyə Jan-lük Reitzer diqqətə çatdırıb.
Vurğulayıb ki, qətnamə layihəsi ilə bağlı debatlarda diqqət çəkən əsas məqam Türkiyə idi. Debatlarda çıxış edənlər yalnız Türkiyənin adını çəkirdilər, hamı Türkiyədən danışırdı.
Mən həmkarlarımla danışanda dəfələrlə qeyd etmişəm ki, Azərbaycan dünyəvi ölkədir, bu ölkədə dini münaqişə yoxdur. Bütün dinlərə hörmətlə yanaşılır. Həmkarlarıma deyirəm, mənimlə Azərbaycana gəlin və reallığı öz gözlərinizlə görün, söylənilənlərə inanmayın. İllərdir reallığın saxtalaşdırılması son günlərin faciəvi nəticələrinə səbəb olub.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

