Ermənistanın müharibə cinayətləri beynəlxalq səviyyədə ifşa olunur
12.12.2020 [00:06]
“Human Rights Watch” Ermənistanın Azərbaycanın dinc sakinlərinə və mülki obyektlərinə raket hücumlarına dair hesabat yayıb
Məlum olduğu kimi, Ermənistan 30 ilə yaxın davam edən təcavüzkar siyasəti nəticəsində çoxsaylı hərbi cinayətlər törədib. 44 günlük Vətən müharibəsində də işğalçı dövlət cinayətkar mahiyyətinə uyğun olaraq dinc insanları, yaşayış mənəqələrini, mülki infrastrukturu hədəfə alıb, qadağan olunmuş silahlar isifadə edib. Bunun nəticəsində mülki şəxslər həlak olub, çoxsaylı insan isə yaralanıb.
Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti Ermənistanın bu cinayətlərinin dünyada ifşa olunması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirməkdədir. Belə ki, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri hadisə yerlərinə gedərək həmin cinayətlərin canlı şahidi olublar. Eləcə də bir sıra nüfuzlu beynəlxalq kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri də həmin cinayətləri işıqlandıraraq dünya ictimaiyyətinə təqdim ediblər.
Yeri gəlmişkən, beynəlxalq qeyri-hökumət təşkilatı olan “Human Rights Watch” təşkilatı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə və mülki obyektlərinə qarşı raket hücumları ilə bağlı apardığı araşdırmalara dair hesabat yayıb. Hesabatda “Human Rights Watch”un noyabr ayında Azərbaycanda yerlərdə aparılan araşdırmalar zamanı erməni qüvvələrinin ballistik raketlər, idarəolunmayan top raketləri və iriçaplı artilleriya mərmilərindən istifadə etməklə yaşayış məntəqələrinin vurulmasına dair 11 fakt qeydə aldığı bildirilir. Qeyd olunur ki, ən azı dörd halda hərbi hədəflərin olmadığı ərazilərdə mülki şəxslərə və ya mülki obyektlərə zərbələr endirilib. “Human Rights Watch”un Avropa və Orta Asiya üzrə direktoru Hugh Villiamson bildirib ki, erməni qüvvələri dəfələrlə raketlər, idarəolunmayan raketlər və ağır artilleriyadan mülki əhalinin yaşadığı şəhər və kəndlərə müharibə qanunlarına zidd olaraq zərbələr endirib. Altı həftəlik müharibə zamanı bu hücumlar mülki insanların həyatına son qoyub, onların evlərini qanunsuz olaraq dağıdıb. Bu hadisələr qərəzsiz şəkildə araşdırılmalıdır.
Yeri gəlmişkən, o da qeyd edilir ki, təşkilat Ermənistan qüvvələri tərəfindən Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtərin şəhər, qəsəbə və kəndlərinə edilən raket və artilleriya zərbələrini araşdırıb. Bu hesabatda endirilmiş zərbələrdən 40 mülki vətəndaşın ölümü və onlarla insanın yaralanması ilə nəticələnmiş 18 hal araşdırılıb ki, bunlar da hücumların 53 şahidi ilə fərdi danışıqlara və 12 telefon danışığına, xəbər reportajlarına və hökumətin məlumatlarına əsaslanır. “Human Rights Watch”, eyni zamanda, hücumların vaxtını və tarixini təsdiqləyən 10 hadisənin peyk görüntülərini və 9-nun sosial mediada yerləşdirilən foto və videolarını araşdırıb. Digər hücumlar gələcək hesabatlarda yer alacaq.
Onu da vurğulayaq ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyi (ANAMA) Gəncəyə 4-17 oktyabr tarixləri arasında 32 mülki vətəndaşın öldürülməsi ilə nəticələnmiş hücumlarda idarəolunmayan “Smerch” artilleriya raketləri və “Scud-B” ballistik raketlərinin istifadə edildiyini müəyyən edib. 985 kiloqram, yüksək partlayıcı döyüş başlığı daşıya bilən “Scud-B” raketləri nəzərdə tutulan hədəfdən ən azı 500 metr yayına bilər. Müəyyən hərbi hədəfə yönəldilə bilməyən və hərbi hədəfləri mülki əhali və mülki obyektlərdən fərqləndirə bilməyən silahlardan istifadə edilən hücumlar müharibə qanunlarını pozur. Sözügedən hesabatda o da bildirilir ki, Ermənistanın hücumları mülki əhalinin itkisinə səbəb olmaqla yanaşı, evlərə, müəssisələrə, məktəblərə və klinikalara ziyan vurub və kütləvi köçlərə səbəb olub. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, silahlı münaqişə zamanı 98 mülki şəxs həlak olub, 414 nəfər yaralanıb, 3000-dən çox ev, 100 yaşayış binası dağıdılıb və ya zərər görüb. Azərbaycan rəsmiləri “Human Rights Watch”a bildiriblər ki, döyüşlər nəticəsində 40 min insan öz yerlərindən didərgin düşüb. “Human Rights Watch”un nümayəndələri münaqişənin təsirinə məruz qalmış ərazilərdə olarkən sakinlər bir çox insanların, xüsusilə də qadınların və uşaqların daha təhlükəsiz bölgələrə getdiklərini deyiblər.
Hesabatda o da qeyd olunur ki, müharibə qanunları hücum edən tərəflərin mövcud vəziyyət imkan verməsə belə, mülki insanlara təsir edən hücumlar barədə xəbərdarlıq etmələrini tələb edir. Hücum şahidləri erməni qüvvələrinin xəbərdarlıqlarından xəbərsiz olduqlarını bildiriblər. Oktyabrın 4-də Araik Arutunyan ingilis dilində tvitlər yayaraq mülki şəxsləri hərbi qüvvələrin hücum edəcəyi Gəncə də daxil olmaqla böyük şəhərlərdən ayrılaraq qaçılmaz itkiyə yol verməməyə çağırmışdı. Az sayda azərbaycanlı mülki şəxsin oxuya biləcəyi bir dildə, qeyri-müəyyən vaxtda qeyri-müəyyən hədəflərə edilən hücum təhlükələri barədə məlumat təsirli xəbərdarlıq hesab edilmir. Hesabatda, həmçinin vurğulanır ki, Ermənistan hökuməti erməni qüvvələrinin beynəlxalq humanitar hüquqa və ya müharibə qanunlarına zidd olan hücumları ilə bağlı qərəzsiz, hərtərəfli və şəffaf araşdırmalar aparmalıdır. “Erməni qüvvələri Azərbaycanın şəhərlərini, qəsəbələrini və kəndlərini çox dağıdıcı, yanlış təyinatlı silahlarla atəşə tutub”, - deyə Hugh Villiamson qeyd edib.
Göründüyü kimi, Ermənistan artıq öz cinayətlərini gizlədə bilmir və bu cinayətlər beynəlxalq miqyasda geniş şəkildə ifşa olunur. Bütün bunlar, eyni zamanda, hərbi cinayətkarların ədalət mühakiməsindən qaça bilməyəcəyini göstərir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

