Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tural Abbaslı: Zəfər paradının ən yaddaqalan məqamlarından biri Azərbaycan-Türkiyə qardaşlığının nümayişi oldu

Tural Abbaslı: Zəfər paradının ən yaddaqalan məqamlarından biri Azərbaycan-Türkiyə qardaşlığının nümayişi oldu

15.12.2020 [09:32]

“İlk olaraq vurğulamaq istəyirəm ki, hərbi paradlar hər zaman dövlətin hərbi qüdrətini nümayiş etdirir. Dekabrın 10-da keçirilmiş Zəfər paradımız da Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsindəki inamlı qələbəsini, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini bir daha dünyaya göstərdi. Zəfər paradının bir sıra mühüm mesajları oldu. Paradda nümayiş olunan hər bir simvol, hər bir döyüş bayrağı, hər bir fikir, şüar özlüyündə bir mesaja çevrildi”.
Bu fikirləri qəzetimizə açıqlamasında Ağ Partiyasının sədri Tural Abbaslı deyib.
Onun sözlərinə görə, Zəfər paradının ən yaddaqalan məqamlarından biri Azərbaycan-Türkiyə qardaşlığının nümayişi oldu: “Paradın ali tribunasında Azərbaycan bayraqları ilə yanaşı, Türkiyə bayraqlarının da olması iki dövlətin birliyinin nümayişi idi. Bir məqamı da vurğulayım ki, paradı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə qəbul etdilər, əsgər və zabitlərimizi birgə salamladılar. Bu məhz Azərbaycan və Türkiyə birliyinin ifadəsi idi. Düşünürəm ki, bu həm dosta, həm də düşmənə tutarlı mesaj olacaq”.
P.İSMAYILOV

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31