Çilinin “Infogate” agentliyi Qarabağ Zəfəri barədə AZƏRTAC-ın məqaləsini yayıb
15.12.2020 [09:41]
Çilinin “Infogate” xəbər agentliyində AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun publisistik düşüncələrindən ibarət “Qüdrətli sərkərdə və müdrik Prezident İlham Əliyev bizi qalib xalqa çevirdi, bölgədə yeni reallıqlar yaratdı” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə Azərbaycan əsgərlərinin öz torpağında, ermənilərin isə özgə torpağında döyüşdükləri qeyd edilir və vurğulanır ki, bizim mənəvi üstünlüyümüz bundan ibarət idi. Bu 44 gün Qarabağın 30 illik qara taleyini dəyişdi, bir milyon insanın məcburi köçkün adını silib atdı. Bizi qalib xalqa çevirdi, bölgədə yeni reallıq yaratdı. Şanlı Ordumuza cəmi 44 gün kifayət etdi ki, düşmənin başını dəmir yumruğu ilə əzsin, 5 şəhər, 4 qəsəbə və 286 kənddə dövlət bayrağımızı ucaltsın, düşməni ağ bayraq qaldırmağa məcbur etsin.
Oxucuları Vətən müharibəsi, Qarabağ həqiqətləri barədə ətraflı şəkildə məlumatlandıran müəllif otuz il davam edən işğala və ədalətsizliyə 44 gündə son qoyulduğunu vurğulayaraq yazır: “Gücümüzü təkcə düşmən yox, bütün dünya gördü. Sözsüz ki, qalib Azərbaycan gündən-günə, ildən-ilə daha da güclənəcək. Müdrik Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızı inamla qələbədən-qələbəyə aparacaq”.
Qeyd edək ki, Çilinin populyar “Infogate” xəbər saytı bir neçə ay əvvəl AZƏRTAC-a əməkdaşlıq və xəbər mübadiləsi barədə təklif ünvanlayıb. “Infogate”in bir çox ölkədə, o cümlədən Meksika, Argentina, ABŞ, Kolumbiya, Peru, Venesuela, Ekvador, Boliviya və İspaniyada da oxucuları var. Sayt, həmçinin Rusiyanın “Sputnik”, İspaniyanın “EuropaPress” və Fransanın RFI agentlikləri ilə əməkdaşlıq edir. Onun materialları yerli telekanallarda yayımlanır. Beş ildir Çilinin rəqəmsal mediasında yer alan və informasiya istehsalında fəal iştirak edən “Infogate”in xəbərlərinə “Twitter” sosial şəbəkəsində ayda orta hesabla 800 mindən çox baxış olur.
Xəbər lenti
Hamısına baxHadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24

