Əlisahib Hüseynov: Azərbaycanla güc dili ilə, müharibə ritorikası ilə danışmaq olmaz
22.12.2020 [09:41]
“Ermənistanın baş naziri Nikol Paşinyanın erməni xalqına etdiyi son videomüraciətində səsləndirdiyi fikirlərdən belə başa düşmək olar ki, deyəsən, bu adam Ermənistanın 44 günlük savaşda ağır məğlubiyyətinin təsiri nəticəsində az da olsa “ağıllanıb”. Hiss olunur ki, o Ermənistanın əvvəlki hakimiyyətlərinin indiyə qədər Azərbaycana qarşı yürütdükləri işğalçılıq siyasətinin yaratdığı fəsadları, fəlakətli nəticələri, habelə özünün də yol verdiyi səhvləri indi düzgün dəyərləndirməyə başlayıb. Paşinyan deyib ki, gələcəyi qurmaq üçün keçmişdə gedilən yanlış yolları təkrarlamamaq lazımdır. Məlumdur ki, Ermənistanda 3 günlük ümummilli matəm elan olundu. Paşinyanın bu münasibətlə bütün ermənilərə etdiyi müraciətinin giriş hissəsində vurğuladığı bu məqamlar ermənilərin özləri üçün dərs almalı, nəticə çıxarmalı olduqları məqamlardır”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Əlisahib Hüseynov bildirib ki, Paşinyan dərk edir ki, artıq bundan sonra Azərbaycanla güc dili ilə, müharibə ritorikası ilə, revanşist çağırışlarla danışmaq olmaz. Çünki bundan sonra başlaya biləcək hər hansı bir genişmiqyaslı hərbi əməliyyat bütövlükdə Ermənistanın özünün məhvi ilə nəticələnə bilər.
“Bu ölkədə Koçaryan, Sarkisyan, Manukyan kimilər müharibədən məğlub çıxmış Ermənistanın məğlubiyyətin gətirdiyi reallıqlarla, kapitulyasiyanın şərtləri ilə barışmasını və erməni xalqının öz acı taleyi ilə üzləşib postmüharibə dövrünə transformasiya olunmasını istəmirlər. Onlar erməni xalqının millətçi və qisasçı hislərini qızışdıraraq hazırkı hakimiyyəti devirmək və öz siyasi maraqlarını həyata keçirmək istəyirlər. Başqa sözlə desək, bu qüvvələr erməni xalqından öz siyasi mənafeləri üçün alət kimi istifadə edirlər. Erməni xalqı isə hazırda psixoz vəziyyətində olduğuna görə bu qüvvələrin dalınca getməyə meyillənir. Bu mənada, Ermənistanın bugünkü fəlakətli duruma düşməsində erməni xalqının özünün də günahı böyükdür. Əgər erməni xalqı zamanında irqçi-faşist ideologiyasının əsirinə çevrilməsəydi, daşnakların anti-Türk təbliğatlarına uymasaydı və Qarabağın işğalına göz yummasaydı, bu gün də Ermənistan üç günlük matəm qaranlığına qərq olmazdı”, - deyə MHP sədri söyləyib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53

