/ / İtaliya mətbuatı bu ölkənin Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki layihələrə marağından yazır
İtaliya mətbuatı bu ölkənin Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki layihələrə marağından yazır
22.12.2020 [09:46]
İtaliyanın “Inside Over”, “Kmetro0”, “Agenzia Nova”, “Giornale Diplomatico”, “Notizie Geopolitiche”, “Sardegnagol”, “Politicamente Corretto” kimi kütləvi informasiya vasitələrinin dərc etdiyi yazılarda Dağlıq Qarabağ müharibəsinin bitməsi və bölgədə vəziyyətin normallaşması ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində böyük bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi kimi vacib mərhələnin başlandığı bildirilir.
AZƏRTAC xəbər verir ki, məqalələrdə Azərbaycanın həmin bərpa və yenidənqurma işlərini beynəlxalq tərəfdaşları ilə birgə həyata keçirməyi planlaşdırdığı və ötən həftələrdə İtaliyanın atdığı addımlarla rəsmi Romanın bu layihələrdə iştirakda maraqlı olduğu göstərilir. Habelə bildirilir ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra İtaliya Bakıya əvvəlcə bütün əsas siyasi partiyaların təmsilçilərindən ibarət parlament nümayəndə heyətini, sonra isə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefanonun rəhbərliyi ilə hökumət nümayəndə heyətini göndərən ilk Qərb ölkəsi olub.
Məlumatlarda vurğulanır ki, İtaliyanın məsələyə belə münasibəti Ermənistanın işğalından azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə başlayan Azərbaycanın bu sahədə məhz italyan şirkətləri ilə müqavilələr imzalamasına rəvac verib və bu xüsusda, ilk razılaşma kimi dekabrın 18-də videokonfrans formatında Azərenerji və Ansaldo Energia arasında işğaldan azad olunmuş Ağdam, Kəlbəcər, Qubadlı və Füzuli rayonlarında dörd yarımstansiyanın qurulması ilə bağlı müqavilə imzalandı və bundan irəli gələrək yaxın həftələrdə Ansaldo Energia şirkəti Bakıda ofisini açacaq.
İtaliyanın müxtəlif mətbuat orqanları müvafiq məlumatlarında bu mövzu ilə bağlı Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin də fikirlərinə yer veriblər. “Bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri vaxtı iki ölkənin hökumət başçıları tərəfindən imzalanmış Birgə Bəyanatdan irəli gələrək biz ölkələrimiz arasında çoxtərəfli strateji tərəfdaşlığı gücləndiririk. Azərenerji və Ansaldo Energia arasında müqavilə dekabrın əvvəllərində Azərbaycana İtaliyadan iki önəmli səfərin, əvvəlcə bütün siyasi qüvvələrin təmsçilçilərindən ibarət parlament nümayəndə heyətinin, ardınca isə İtaliya XİN-in dövlət katibi, Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası iqtisadi komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərliyi ilə hökumət nümayəndə heyətinin səfərlərinin konkret nəticəsidir”, - deyə M.Əhmədzadə bildirib. Diplomat qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti müharibənin bitməsindən sonra Aİ ölkələri arasında ilk olaraq məhz İtaliyadan Azərbaycana nümayəndə heyətlərinin səfərə gəlməsini təqdir etdi, İtaliyanın Azərbaycanın yaxın dostu olduğunu dedi və İtaliya nümayəndə heyətlərinin səfərlərini iki ölkə arasında güclü dostluğun təcəssümü kimi xarakterizə etdi, habelə dövlət başçımız İtaliya nümayəndə heyətlərini qəbul edərkən işğaldan azad olunmuş ərazilərdə yenidənqurma planları və bu layihələrdə italyan şirkətlərinin iştirakı imkanları barədə danışdı.
Yazılarda, həmçinin 18 dekabr tarixində Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası iqtisadi komissiyanın həmsədrləri Azərbaycan energetika naziri Pərviz Şahbazov və İtaliya XİN-in dövlət katibi Manlio Di Stefano arasında videokonfrans formatında keçirilmiş görüş barədə də məlumat verilir və həmin görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında dost ölkələrin şirkətləri ilə əməkdaşlığın xüsusi təşviq olunduğunun vurğulandığı qeyd edilir.
Məlumatlarda Azərbaycan-İtaliya strateji tərəfdaşlığını xarakterizə edən məqamlara da toxunularaq bildirilir: “Son dövrlərdə Azərbaycan İtaliyanın Qafqaz siyasətinin mərkəzinə çevrilib: illərdir davamlı olaraq inkişaf edən iqtisadi münasibətlərin ardınca bu tərəfdaşlıq həm də çox sıx siyasi mahiyyət kəsb edərək Roma ilə Bakı arasında artan strateji əməkdaşlıq halını aldı. TAP qaz kəməri ilə yanaşı, SOCAR-ın enerji fəaliyyəti və Azərbaycana italyan mallarının idxalı ilə ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 6 milyard avro təşkil edib, geosiyasi cəhətdən isə bu, əlbəttə ki, İtaliyaya Türkiyə ilə razılaşma əldə etmək üçün bir məkan qazandırıb”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19

