/ / Azərbaycan hərb meydanında olduğu kimi, diplomatiya cəbhəsində də üstün mövqedə olduğunu sübut etdi
Azərbaycan hərb meydanında olduğu kimi, diplomatiya cəbhəsində də üstün mövqedə olduğunu sübut etdi
20.01.2021 [10:02]
Ekspertlər qeyd edirlər ki, Moskva görüşünün nəticəsi olaraq üçtərəfli bəyanatın imzalanması həm Azərbaycan, həm də bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edən addımdır
Məlum olduğu kimi, yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Görüşün nəticəsi olaraq üçtərəfli bəyanat imzalanıb. Ekspertlər qeyd edirlər ki, üçtərəfli bəyanatın imzalanması həm Azərbaycan, həm də bütün region ölkələri üçün əhəmiyyət kəsb edən mühüm addımdır.
Məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyevanın sözlərinə görə, Moskva görüşü Azərbaycanın tarixi zəfəri və Ermənistanın kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi: “Görüşün yekunu olaraq bölgədəki vəziyyətin inkişafına dair imzalanmış birgə bəyanatda tərəflər 10 noyabr Bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli İşçi Qrupun yaradılması barədə razılıq əldə ediblər. İmzalanan bəyanatdan da görünür ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Bununla da Azərbaycan sübut etdi ki, hərb meydanında olduğu kimi, diplomatiya meydanında da üstün mövqedədir və güzəştə getmək niyyəti yoxdur”.
S.Fətəliyeva deyib ki, Moskva görüşü Azərbaycan tərəfinin öz maraqlarını təmin etməsi baxımından uğurlu olub: “Prezident İlham Əliyevin görüşdən sonra verdiyi bəyanatda qeyd etdiyi kimi, kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir. Beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək. Bu, faktiki olaraq “Mehri dəhlizi” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir. Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq”.
Milli Məclisin deputatı Şahin İsmayılov isə deyib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi region üçün yeni çağırışlar yaradıb: “İndiki mərhələdə bölgədə sülhə dəstək vermək və iqtisadi prosesləri sürətləndirmək bütövlükdə Cənubi Qafqaz regionu üçün faydalı olacaq. Onsuz da əvvəlki dövrlərdə bölgədəki nəhəng layihələrin icrası birbaşa Azərbaycanın iradəsindən asılı idi. Müharibədən qalib çıxmağımız isə mövqeyimizi daha da gücləndirdi”.
Deputatın sözlərinə görə, imzalanmış sənədlərdən imtina etmək Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altına qoya bilər: “Onsuz da iqtisadiyyatı demək olar ki, məhv olmuş bu dövlətin çox ciddi problemləri var. Əhalinin həyat səviyyəsi hər keçən gün ağırlaşır. Ermənistan nə qədər tez yaranmış yeni reallıqları qəbul etsə, bu, onlar üçün o qədər faydalı olacaq. Bunun isə çox sadə yolu var, düşünməyi bacarmaq və ənənəvi türk düşmənçiliyindən imtina etmək. Zaman artıq bizim xeyrimizə işləyir. Ermənistanın normal gələcəyi birbaşa olaraq onun öz qonşuları ilə münasibətlərindən asılıdır. Ona görə də Ermənistan üçün imzalanmış sənədlərə əməl etmək yeganə qurtuluş yoludur”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33

