/ / Malayziya qəzeti: Azərbaycan sülh, yaxşı qonşuluq və regional əməkdaşlığın qətiyyətli müdafiəçisidir
Malayziya qəzeti: Azərbaycan sülh, yaxşı qonşuluq və regional əməkdaşlığın qətiyyətli müdafiəçisidir
27.01.2021 [09:07]
Malayziyanın “Utusan Malaysia” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Qaley Allahverdiyevlə müsahibə əsasında geniş məqalə dərc edib. Yazı yanvarın 26-da qəzetin xarici xəbərlər üzrə peşəkar jurnalisti Taqib Şaker tərəfindən qələmə alınıb.
AZƏRTAC xəbər verir ki, məqalədə səfir Q.Allahverdiyev Azərbaycan haqqında, o cümlədən ölkəmizin milli-mədəni, tarixi irsi, coğrafi-strateji önəmi və beynəlxalq regional enerji layihələrindəki əhəmiyyətli rolu barədə məlumat verərək, vaxtilə işğal altında qalmış Dağlıq Qarabağ regionu və ətraf ərazilərinin dünəni və bu günü barədə vacib məqamları malayziyalı oxucuların diqqətinə çatdırıb.
Müsahibə zamanı Azərbaycan səfiri 1980-ci illərin sonundan etibarən Ermənistan tərəfindən ölkəmizə qarşı ərazi iddiaları, bu iddiaların sonradan silahlı zorakılığa çevrilərək Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəticələndiyini, Azərbaycan xalqının böyük müharibə məşəqqətləri ilə üzləşdiyini, o cümlədən Xocalı soyqırımı kimi ağır sınağa məruz qaldığını qeyd edib. Buna baxmayaraq, xalqımızın haqlı mübarizəsinin Azərbaycan Prezidentinin rəhbərliyi altında qələbə ilə yekunlaşdığını vurğulayan diplomat deyib: “Hələ müharibənin ilk günlərindən etibarən, - haşiyə çıxaraq qeyd edim ki, biz azərbaycanlılar buna Vətən müharibəsi deyirik, - Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə aydın şəkildə bildirmişdi ki, Ermənistan hər hansı şərt irəli sürmədən işğal etdiyi ərazilərimizdən çıxdığı təqdirdə, müharibə dayanacaq. Rusiya Federasiyasının təşəbbüsü ilə 9-10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla atəşkəs əldə olundu. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan hökuməti tərəfindən mülki və döyüş nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir, bərpa işləri aparılır. Biz sülhün, yaxşı qonşuluğun və regional əməkdaşlığın qətiyyətli müdafiəçisiyik. Azərbaycan Prezidentinin 11 yanvar tarixində Moskvada keçirilmiş görüş zamanı ifadə etdiyi fikirlərdən birini sitat gətirmək istəyirəm. Azərbaycan Prezidenti vurğulamışdır ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.
Həmçinin səfir Q.Allahverdiyev 44 günlük Vətən müharibəsi zamanı Malayziyanın ilk münasibət bildirən ölkələrdən biri olduğuna diqqət çəkərək, Malayziya hökumətinin ümumilikdə münaqişə boyunca nümayiş etdirdiyi ədalətli mövqeyin Azərbaycan tərəfindən təqdirlə qarsılandığını vurğulayıb. Səfir malayziyalı investorları işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək geniş bərpa və inkişaf layihələrinə qoşulmağa dəvət edib.
Qeyd edək ki, 1939-cu ildən nəşr olunan “Utusan Malaysia” Malayziyanın ilk malaydilli qəzeti olmaqla yanaşı, ən yüksək tirajla gündəlik dərc olunur.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

