Fransanın “Atlantico” portalında Zəngilan rayonu ilə bağlı məqalə dərc edilib
05.02.2021 [09:21]
Fransanın “Atlantico” portalında Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonu ilə bağlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi jurnalist Sebastyan Bussua 27 il erməni işğalı altında qalmış Zəngilanın 44 günlük döyüşlər zamanı azad edildiyini bildirir. O vurğulayır ki, beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi bu ərazilərin Azərbaycana məxsus olduğunu təsdiqləsə də, buna əməl edilmirdi. Səkkiz yüz min azərbaycanlı Qarabağdan didərgin salınıb. Onlar 30 il ərzində işğaldan əvvəlki həyatlarından uzaq düşməli olublar, evlərində isə ermənilər məskunlaşdırılıb.
Fransız jurnalist məqalədə Zəngilandan olan köçkünlər Rəsul və Aygünün fikirlərinə də yer verib. Rəsul birinci Qarabağ müharibəsində iştirak edib, onun oğlu isə İkinci Qarabağ müharibəsində döyüşüb.
Məqalədə Zəngilan kimi Ağdam, Füzuli şəhərlərinin də işğal dövründə eyni tale yaşadığı diqqətə çatdırılır. Bütün bu şəhərlərin yerlə-yeksan edildiyi, bəzi yerlərdə isə ermənilərin məskunlaşdırıldığı qeyd edilir.
Ağdamda gördüyü vəziyyətdən dəhşətə gəldiyini qeyd edən jurnalist burada daşın-daş üstündə qalmadığını, şəhərin tamamilə dağıdıldığını vurğulayır.
Fransız jurnalist Zəngilanın uzaqdan gördüyü füsunkar təbiətini təsvir edir, bu gözəlliyin hələ ki, əlçatmaz olduğunu yazır. Çünki şəhərə daxil olmaq üçün əvvəlcə ərazi minalardan təmizlənməlidir. O, həmçinin ətrafdakı mənzərənin burada necə qızğın döyüşlər getdiyini əks etdirdiyini yazır.
S.Bussua Azərbaycan üçün çox vacib olan, Naxçıvanla əlaqə yaradacaq yolun tikintisindən də söz açır. O, Naxçıvan və onun tarixi haqqında məlumat verir, uzun illərdən sonra yenidən quru yolla Naxçıvana getməyin mümkün olacağını diqqətə çatdırır.
Məqalədə karbohidrogen ehtiyatlarla zəngin olan Azərbaycanın çox mühüm geostrateji məkanda yerləşdiyi bildirilir. İpək Yolunun keçmişdə qalmadığını qeyd edən jurnalist indi bu yolun yenidən Çin və Avropanı birləşdirən əsas mehvər olduğunu yazır, bütün dünya ölkələrinin bu yoldan faydalanacağını qeyd edir. Vurğulayır ki, Zəngilan məhz belə bir strateji yolun üzərində yerləşir.
Məqalədə azad olunmuş ərazilərin sakinlərinin doğma yurdlarına qayıdışlarını səbirsizliklə gözlədikləri diqqətə çatdırılır. Sakinlərin geri qayıdışının gələcək uğurların əsas hissəsi olduğu vurğulanır.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

