Əli Kərimlinin yalanlar seriyası...
20.02.2021 [08:28]
44 günlük Vətən müharibəsində qazanılmış qələbəmizə kölgə salmaq cəhdləri “daşa dəyən”, əsassız iddiaları fiaskoya uğrayan radikal müxalifət təmsilçiləri yalan kampaniyalarının istiqamətlərini dəyişməkdədirlər. Belə ki, artıq ənənəvi çirkin iftiralarla hər hansı bir uğura imza ata bilməyəcəyini dərk edən AXCP sədri Əli Kərimli yeni manipulyasiya ünvanı seçib. Daha doğrusu, o, sosial şəbəkələrdə absurd iddialar səsləndirməklə Azərbaycan gəncliyini manipulyasiyaya məruz qoymağa çalışır. Gənclərə xitabən yeni yalanlar uyduran AXCP sədri əsassız iddialarla xəyanətlərini ört-basdır edə biləcəyini və siyasi dividend qazanacağını düşünür.
Ə.Kərimlinin bu istiqamətdə qarayaxma kampaniyasının başlıca, məqsədi, heç şübhəsiz, Azərbaycanda həyata keçirilən uğurlu və mütərəqqi dövlət gənclər siyasətinin üzərinə kölgə salmaqdır. Amma onun reallıqları təhrif etmək cəhdləri iflasa məhkumdur. Çünki kimsəyə sirr deyil ki, ölkəmizdə milli maraqlara və müasir çağırışlara cavab verən gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafını təmin edən mühüm amildir. O da gerçəklikdir ki, Azərbaycan gəncliyi öz dövlətinə, Prezidentinə inanır, etimad göstərir. Bu, ötən il bir daha əyani şəkildə və ən yüksək səviyyədə özünü göstərdi. Prezident İlham Əliyevin bir çağırışı ilə öz dövlətinin yanında yer alan, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulan Azərbaycan gəncliyi Vətən müharibəsində mütləq qalibiyyətin aparıcı qüvvələrindən oldu. Bu mənada, Əli Kərimlinin danışdığı, ictimai rəyə sırımağa çalışdığı yalanların heç bir əsası yoxdur.
Bunlarla yanaşı, antimilli mərkəzlərin sifarişi ilə ölkəmizə qarşı aparılan çirkin kampaniyaların tərkib hissəsi kimi çıxış edən Əli Kərimli iddia edir ki, guya Azərbaycan gənclərinin xaricdə təhsil alması üçün dövlət tərəfindən heç bir addım atılmır. AXCP sədrinin yalan danışdığını isə faktlarla sübut etmək çox asandır. Azərbaycanda gənclərin xaricdə təhsil alması, eləcə də ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq rəqabətliliyin artırılması üçün müvafiq Dövlət proqramları həyata keçirilib və indi də uğurla davam etdirilir. Belə ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində minlərlə azərbaycanlı gənc xarici universitetlərdə məhz dövlət hesabına təhsil aldı. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” isə ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılmasına, o cümlədən beynəlxalq təcrübələrin tətbiqinin daha da genişləndirilməsinə xidmət göstərir. Bu gün ölkəmizdə savadlı, bacarıqlı, xarici ali təhsil müəssisələrində təhsil almış gənclərin potensialından geniş şəkildə istifadə olunur. Ölkəmizdə aparılan kadr islahatları da bunu təsdiqləyir. İdarəetmə strukturlarında, qanunvericilik orqanlarında və digər istiqamətlərdə yeni texnologiyaları mənimsəmiş gənclərə etimad göstərilir. Bu, ölkəmizin yeni inkişaf mərhələsində olduqca mühüm amillərdən sayılır.
Bütövlükdə, faktlar və reallıqlar Əli Kərimlinin gənclərə xitabən danışdığı yalanların sabun köpüyündən başqa bir şey olmadığını göstərir. Buna görə də onun yalanlar seriyası, sadəcə olaraq, ikrah hissi ilə qarşılanır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

