“Jewish Journal” nəşrində ermənipərəst senatorların bəyanatlarına cavab məqaləsi dərc edilib
25.02.2021 [09:06]
Amerikada çıxan “Jewish Journal” nəşrində Xocalı qırğınının şahidi, sanki möcüzə sayəsində salamat qalmış Dürdanə Ağayevanın məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, 1992-ci ilin fevralında baş vermiş faciəli hadisələrdən bəhs edilən bu məqalə ermənipərəst qanunvericilərin absurd bəyanatlarına cavab kimi yazılıb.
Müəllif bildirir ki, Kaliforniya ştatının bir qrup qanunvericisi, o cümlədən senatorlar Entoni Portantino, Skott Uilk, Assambleyanın üzvləri Lora Fridman və Adrin Nazaryan tərəfindən ştatın qanunverici məclisinin üzvləri arasında yayılmış məktubu ürəkağrısı ilə oxuyub. Həmin qanunvericilər məktublarında iddia edirlər ki, guya 1992-ci il Xocalı qırğını barədə məlumatlar saxtalaşdırılıb. Onlar öz həmkarlarını Xocalı qurbanlarının xatirəsini və həmin qırğın zamanı salamat qalmış sakinləri ehtiramla yad etməyə yönəlmiş səylərə etinasızlıq göstərməyə çağırırlar.
Erməni silahlıları Xocalını işğal edib Dürdanə Ağayevanı götürəndə onun cəmi 20 yaşı vardı. Müəllif yazır: “Mən ermənilərin əsir götürdükləri adamlar üçün düşərgədə saxlanan yüzlərlə dinc azərbaycanlıdan biri idim. Oradakı insanlara, o cümlədən uşaqlara və qadınlara təsvirəgəlməz işgəncələr verilirdi. Aldığım xəsarətlərin aradan qaldırılması üçün son 30 il ərzində mənim onurğa sütunumda bir neçə dəfə əməliyyat aparılıb”.
Xocalı qırğınının canlı şahidi olmuş D.Ağayeva qeyd edir ki, Kaliforniyanın vəzifəli şəxslərinin bu hərbi cinayətləri inkar etməyə çağırışı çox kədər doğurur. Məqalədə qeyd olunur ki, fevralın 26-na keçən gecə 613 nəfər azərbaycanlı, o cümlədən 106 qadın, 70 ahıl şəxs və 63 uşaq qətlə yetirilib.
Müəllif daha sonra yazır ki, bir neçə il bundan əvvəl İsrail Prezidenti Reuven Rivlin BMT Baş Assambleyasının tribunasından çıxış edərək deyib: “Bu gün biz özümüzə səmimi sual verməliyik: soyqırımına qarşı bizim mübarizəmiz, bu Assambleyanın mübarizəsi kifayət qədər səmərəlidirmi? O vaxt Bosniyada bu mübarizə kifayət qədər səmərəli idimi? Xocalıda azərbaycanlıların qətlə yetirilməsinin qarşısını almaq üçün bu mübarizə kifayət qədər səmərəli idimi?”
Xocalıda dinc sakinlərin kütləvi şəkildə qətlə yetirilməsinin Kaliforniya qanunvericiləri tərəfindən inkar edilməsi yolverilməzdir. Xocalı qırğını haqqında mötəbər informasiyanı, o cümlədən erməni mənbələrindən tapmaq çətin deyil. Həmin qanunvericilər “Human Rights Watch” hüquq-müdafiə təşkilatının hesabatları ilə tanış olsalar görərlər ki, bu təşkilat Xocalı hadisələrini “Qarabağ münaqişəsinin gedişində ən böyük qırğın” adlandırıb və bu cinayətin törədilməsində erməni qüvvələrini ittiham edib. Xocalıda azərbaycanlıların qırılmasına rəhbərlik etmiş keçmiş Ermənistan prezidenti Serj Sarkisyanın sözlərini bir daha yada salmaq olar. O, erməni hərbçilərinin qəddarlığı ilə lovğalanaraq deyir ki, bu cinayətlər bütün Azərbaycanı vahiməyə salmalı idi.
Məqalənin sonunda müəllif yazır ki, senatorlar Entoni Portantino, Skott Uilk, Assambleyanın üzvləri Lora Fridman və Adrin Nazaryan Xocalı qırğınının bütün qurbanlarının xatirəsi qarşısında üzr istəməlidirlər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

