Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ankarada anım tədbiri keçirilib
26.02.2021 [09:06]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Türkiyədə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri də Azərbaycanın Türkiyədəki səfirliyi və Ankaranın Keçiörən rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, Keçiörəndəki Azərbaycan parkında yerləşən Xocalı soyqırımı abidəsi qarşısında “Unutmayacağıq, unutdurmayacağıq!” şüarı altında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Keçiörən rayon bələdiyyəsinin ilk addımları atanlardan olduğunu diqqətə çatdıran səfir Xəzər İbrahim rayon rəhbərliyinə minnətdarlıq edib. O deyib ki, bu dəfə əvvəlki illərdən fərqli olaraq Xocalı soyqırımı abidəsinin önündə qalib ölkənin vətəndaşları olaraq toplaşmışıq. Bu zəfəri Azərbaycana Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur ordumuz qazandırıb.
Keçiörən bələdiyyəsinin sədri Turqut Altınok deyib ki, Xocalı soyqırımının dəhşətlərini heç zaman unutmayacağıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun Qələbəsini tarixi hadisə kimi dəyərləndirən sədr vurğulayıb ki, torpaqların işğaldan azad olunması şəhidlərin ruhunu şad edib.
Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun təmsilçisi Soltan Məmmədov çıxışında fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər barədə danışıb. O, işğalçı Ermənistanın Xocalı soyqırımını törətməkdə əsas məqsədlərindən birinin Azərbaycan xalqını qorxutmaq olduğunu deyib. Qəddar düşmən 44 günlük Vətən müharibəsində də Azərbaycanın dinc əhalisini, mülki obyektləri hədəf alaraq öz amansızlığını nümayiş etdirib. Bütün hallarda düşmənin məqsədi xalqımızın mübarizə əzmini qırmaq olub. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!” ifadələrini xatırladan deputat bildirib ki, qəhrəman ordumuzun rəşadətlə başa vurduğu savaşda Azərbaycan-Türkiyə qardaşlığı bir daha bütün dünyaya nümayiş olundu.
Xocalı şəhidləri qarşısında ehtiramla baş əydiyini söyləyən Ankara Universitetinin rektoru Necdet Ünüvar şəhidlərimizin qanı bahasına əldə etdiyimiz Zəfəri tarixi Qələbə kimi dəyərləndirib. O, rəhbərlik etdiyi təhsil müəssisəsi ilə Azərbaycan universitetləri arasındakı layihələrdən də bəhs edib.
Qırx dörd günlük müharibənin nəticəsi olaraq təcavüzkar Ermənistanın təslimçilik aktına imza atdığını xatırladan Keçiörən rayonunun icra başçısı Uğur Bulut qazanılan Zəfərlə bölgədə yeni siyasi mənzərənin yarandığını vurğulayıb. O bildirib ki, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası Azərbaycanın və Türkiyənin ortaq uğurudur.
Çıxışlardan sonra tədbir iştirakçıları Xocalı soyqırımı abidəsi önünə qərənfillər düzüblər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46

