ADA Universitetində Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar konfrans təşkil edilib
27.02.2021 [09:50]
Fevralın 26-da ADA Universitetinin və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbirdə xarici ölkələrin səfirləri, bu ali təhsil müəssisəsinin müəllimləri və tələbələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsini əks etdirən sərgi ilə tanış olublar.
Xocalı soyqırımının Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliyinin acı nümunəsi olduğunu deyən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib: “Bu gün Xocalı faciəsindən 29 il ötür. Bu faciə müasir Azərbaycanın, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixində ən faciəli gündür. Həmin gün yüzlərlə dinc insan - qadınlar, uşaqlar vəhşiliklə qətlə yetirilib, minlərlə insan əsir götürülüb. Məhz 29 il bundan əvvəl fevralın 26-da Xocalı faciəsinin qurbanları özlərinin adlarını əbədi yaşadıblar”.
Rektor Hafiz Paşayev diqqətə çatdırıb ki, Azərbaycan müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə çoxsaylı qurbanlar verib. Bu anım mərasiminin məqsədi odur ki, gənclərimiz bu günü unutmasınlar, onu müstəqilliyimizin təsdiqi kimi xatırlasınlar. Rektor vurğulayıb ki, Xocalı qurbanlarının ruhu bizi böyük Qələbəmizə aparan xüsusi çağırış olub. “Bu il Xocalı faciəsinin ildönümünü və faciə qurbanlarının xatirəsi fərqli şəkildə - qalib ruhu ilə anırıq. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq ərazi bütövlümüzü bərpa edib. Böyük Qələbəmizin nəticəsində Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb”, - deyə rektor bildirib.
Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, bu gün Ermənistanın onilliklər ərzində Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliyin ən dəhşətli nümunəsi olan Xocalı faciəsindən 29 il ötür. Bu faciənin Azərbaycan xalqının qəlbində açdığı yaralar hələ sağalmayıb. Bu qətliamı törədənlər, faciənin səbəbkarları, qatillərin cəzası hələ də verilməyib. Nazir bildirib ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əksini tapır. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 25-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb.
Nazir Ceyhun Bayramov, həmçinin deyib: “Xocalı soyqırımı ədalət tələb edir. Azərbaycan dövləti günahkarların ədalət məhkəməsi qarşısına çıxarılması üçün bütün mümkün addımları atacaq. Bütün dövlətlər bu faciəyə münasibət bildirməlidir.
Artıq torpaqlarımız işğaldan azad edilib. 44 günlük Vətən müharibəsi Qələbəmizlə başa çatıb. Biz müharibə dövründə də erməni terrorunun bir daha şahidi olduq. Döyüş bölgəsindən xeyli uzaqda yerləşən şəhərlərin raket atəşinə tutulması, gecə saatlarında dinc insanların ölümünə səbəb olan vəhşilik insanlığa sığmır. Ermənistan cəmiyyətində cəzasızlıq sindromu hökm sürür. Günahkarlar cəzalarını alacaqlar”.
İmzalanan üçtərəfli Bəyanatdan və Azərbaycanın mövqeyindən də danışan nazir deyib: “Üçtərəfli Bəyanat regionda yeni imkanlar yaradır. Bu Bəyanat təhlükəsizliyə, sülh və dinc yaşayışa yönəlib. Azərbaycanın bununla bağlı mövqeyi birmənalıdır. Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn normalarına riayət edir. Biz sülh və təhlükəsizliyin tərəfindəyik”.
Xarici işlər naziri bütün ölkələri və dövlətləri, beynəlxalq təşkilatları Xocalı faciəsinə münasibət bildirməyə çağırıb. Deyib ki, bu faciəyə beynəlxalq müstəvidə hüquqi-siyasi qiymət verilməlidir.
Dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Deqati tədbir iştirakçılarını Azərbaycanda müstəqillik dövründə və ondan əvvəlki illərdə gördüyü işlərlə tanış edib. Fotoqraf 20 Yanvar və Xocalı faciələri zamanı çəkdiyi şəkillər barədə məlumat verib. Bildirib ki, bir çox müharibələrdə iştirak edib, amma heç yerdə ermənilərin törətdikləri vəhşiliyin şahidi olmayıb.
Sonra Dağlıq Qarabağ Azərbaycan icmasının üzvü, Xocalı faciəsinin şahidi Samirə Hüseynova və ADA Universitetinin məzunu, Vətən müharibəsinin iştirakçısı Kamran Abbasov faciə ilə bağlı fikirlərini bölüşüblər.
Sonra film nümayiş etdirilib.
Filmin nümayişindən sonra ADA Universitetinin həyətində badam ağacı və Qələbəmizin rəmzi olan Xarı bülbül əkilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

