/ / Sübut Əsədov: Böyük Qayıdışın həyata keçirilməsi üçün bütün işlər Azərbaycanın öz daxili resursları hesabına görüləcək
Sübut Əsədov: Böyük Qayıdışın həyata keçirilməsi üçün bütün işlər Azərbaycanın öz daxili resursları hesabına görüləcək
02.03.2021 [09:25]
“Ermənistanın hərbi təyinatı olmayan əraziləri minalaması və həmin ərazilərin xəritələrini təqdim etməməsi hərbi cinayətdir. Belə ki, minalanmış ərazilərin xəritələrinin verilməməsi həm mülki vətəndaşların həlak olmasına, həm də insanların həmin ərazilərə qayıdışını çətinləşdirməyə hesablanıb. Təəssüf ki, xəritələrin verilməməsi beynəlxalq konvensiyaların pozulması olsa da, bununla əlaqədar Ermənistana qarşı dünya ictimaiyyətindən reaksiyaların olduğunu görmürük”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
S.Əsədov deyib ki, bu çətinliklərə baxmayaraq, Azərbaycan dövləti planlı şəkildə azad olunmuş əraziləri minalardan təmizləmək üçün mühüm işlər görür: “Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün təşkil edilən mətbuat konfransında da bu məsələyə toxunub. Belə ki, Prezidentin tapşırığı ilə artıq Müdafiə Nazirliyinin yeni mühəndis-istehkamçı bölmələri formalaşdırılıb. Bununla paralel olaraq dövlət başçısı tərəfindən Minatəmizləmə üzrə Dövlət Agentliyi yaradılıb. Təəssüf ki, minalardan təmizlənməli olan ərazi kifayət qədər böyükdür və Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsi bu işləri çətinləşdirir”.
Partiya sədrinin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə mərhələli şəkildə əsasda quruculuq və bərpa işlərinin reallaşdırılması üçün də ciddi tədbirlər görülür: “Dəfələrlə bəyan edildiyi kimi, Qarabağı regionun ən inkişaf etmiş məkanlardan birinə çevirmək üçün Azərbaycanın kifayət qədər resursu var. Sözügedən mətbuat konfransında dövlət başçısının xüsusi olaraq vurğuladığı kimi, Böyük Qayıdışın həyata keçirilməsi üçün bütün işlər Azərbaycanın öz daxili resursları hesabına görüləcək və orada vətəndaşlar üçün ən yaxşı şərait yaradılacaq”, - deyə S.Əsədov vurğulayıb.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

