Əsli Kazımova: Ölkəmizdə siyasi partiyaların fəaliyyətində yeni bir mərhələ yaşanmaqdadır
10.03.2021 [08:46]
“Ötən bir il ərzində ölkəmizdə siyasi partiyaların fəaliyyətində yeni bir mərhələ yaşanmaqdadır. Milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar nəticəsində bu gün ölkənin siyasi palitrasında qarşılıqlı etimada və milli maraqların üstünlük təşkil etdiyi dövrə qədəm qoymuşuq. Yeni siyasi konfiqurasiyanın yaranması, o cümlədən dialoq mühitinin daha da dərinləşdirilməsi istiqamətində atılan addımlar siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırmasında, ümumdövlət məsələlərində vahid mövqedən yanaşmasında əhəmiyyətli rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış qələbə ölkədə milli birlik yaradıb”.
Bu fikirləri açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, bu gün siyasi partiyaların mütləq əksəriyyətinin milli maraqlar ətrafında səfərbər olması, eləcə də ölkənin siyasi həyatında yeni bir canlanmanın müşahidə edilməsi Azərbaycanda demokratik prinsiplərə sadiqlik nümayiş etdirilməsindən xəbər verir: “Martın 5-də Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxış edən Prezident İlham Əliyev də vurğuladı ki, biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Təbii ki, siyasi dialoqun daha da dərinləşdirilməsi ölkəmizin gələcək uğurlarının əsas elementlərindəndir. Biz buna 44 günlük Vətən müharibəsində də şahid olduq. Həmin dövrdə işğalçı Ermənistandan fərqli olaraq Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatların bir amal uğrunda birləşməsi, cənab Prezidentin apardığı siyasəti dəstəkləməsi, vahid platformadan çıxış etməsi ermənipərəst mərkəzlərin belə əl-qolunu bağladı, hansısa siyasi fikir ayrılığının yaranmasının qarşısını aldı. Bu, olduqca mühüm bir amildir. Bu baxımdan bir daha vurğulamaq gərəkir ki, mövcud siyasi birlik ölkəmizin gələcək inkişafında əsaslı rol oynayacaq”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

