Azərbaycanın xarici işlər naziri macarıstanlı həmkarı ilə görüşüb
11.03.2021 [09:27]
Martın 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ölkəmizdə işgüzar səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, nazirlər arasında təkbətək başlanılan görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib.
Macar həmkarını səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov xalqlarımız arasındakı qədim tarixi əlaqələrə əsaslanan ikitərəfli münasibətlərimizin dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişafını məmnunluqla vurğulayıb. Ölkələrimiz arasında mövcud olan siyasi dialoqun uğurla həyata keçirildiyi qeyd olunub. Macarıstanın Azərbaycanın beynəlxalq hüquq və ədalətə əsaslanan mövqeyinə verdiyi dəstəyi, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı sərgilədiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi qeyd olunub.
Nazir Peter Siyarto ölkələrimiz arasında mövcud olan strateji münasibətlərin sözdə deyil, əməldə özünü nümayiş etdirdiyini bildirib və bu əməkdaşlığın praktiki nəticələrinin olmasının əhəmiyyətini vurğulayıb. Macarıstanın Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyi bir daha ifadə edilib.
Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi, beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında münasibətlərin normallaşmasının mümkünlüyü, yaranmış yeni əməkdaşlıq imkanları barəsində ətraflı məlumat verib.
Hazırda bölgənin münaqişə sonrası bərpa və quruculuq mərhələsinə qədəm qoyduğunu söyləyən nazir Ceyhun Bayramov Azərbaycanın dövlət başçısı tərəfindən bildirildiyi kimi, bu prosesdə dost və tərəfdaş ölkələrin iştirak edə biləcəyini vurğulayıb. Bu xüsusda, Macarıstan tərəfinin münaqişənin təsirinə məruz qalan ərazilərin bərpası və quruculuğu prosesində iştirakı marağı, o cümlədən Macarıstanın EXIM bankının bununla əlaqədar öz şirkətlərinə 100 milyon ABŞ dolları dəyərində kredit ayırması qərarı məmnunluqla qeyd olunub. Habelə azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərinə Macarıstan hökumətinin ianə ayırması təklifi yüksək qiymətləndirilib.
Tərəflər, iki ölkə arasında enerji, kənd təsərrüfatı, nəqliyyat, humanitar sahələrdə əməkdaşlıq və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.
Görüşdən sonra Azərbaycan Respublikasının ADA Universiteti və Macarıstanın Diplomatik Akademiyası arasında diplomatik təlim, məlumat və sənədləşmə mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Daha sonra nazirlərin iştirakı ilə mətbuat konfransı təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

