Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ADA Universiteti ilə Macarıstan Diplomatik Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

ADA Universiteti ilə Macarıstan Diplomatik Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

11.03.2021 [09:28]

Martın 10-da Azərbaycan Respublikasının ADA Universiteti və Macarıstanın Diplomatik Akademiyası arasında diplomatik təlim, məlumat və sənədləşmə mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, Anlaşma Memorandumunu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıblar.
Bu Anlaşma Memorandumunun imzalanmasından sonra ADA Universitetinin xarici təhsil müəssisələri ilə icrada olan müqavilələrinin sayı 100-ə çatıb.
Memorandumda tərəflər arasında tələbə mübadiləsi, birgə təlimlərin, layihələrin təşkili və akademik əlaqələrin genişləndirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ADA Universiteti cari il martın 5-də onlayn formatda Belçika Krallığının “EPHEC” Universiteti ilə də Anlaşma Memorandumu imzalayıb. Bu sənəd ADA Universitetinin Belçikada yerləşən təhsil müəssisəsi ilə imzaladığı ilk Memorandumdur. Bu sənəd həm də ADA-nın xarici universitet ilə onlayn formatda imzaladığı ilk memorandumdur.
ADA Universiteti indiyədək ABŞ, Kanada, Böyük Britaniya, İsveçrə, Fransa, Çin, Yaponiya və digər ölkələrin universitetləri ilə Anlaşma memorandumları imzalayıb.

Paylaş:
Baxılıb: 658 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31