Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tahir Kərimli: Milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar mühüm yeniliklərə yol açıb

Tahir Kərimli: Milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar mühüm yeniliklərə yol açıb

13.03.2021 [09:41]

“Siyasi partiyaların fəaliyyətinin stimullaşdırılması istiqamətində görülən tədbirlər ölkəmizdə siyasi plüralizmin inkişafına öz töhfəsini verməkdədir”. Bu fikirləri açıqlamasında Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Partiya sədri bildirib ki, bütün siyasi qüvvələrin yeganə amalı ölkəmizin daha yüksək səviyyədə inkişafına dəstək vermək və bu prosesdə fəal iştirak etməkdir. T.Kərimli vurğulayıb ki, Azərbaycanda milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar mühüm yeniliklərə yol açıb: “Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşıb, ümumdövlət məsələlərində vahid mövqe yaranıb. Qeyd etmək lazımdır ki, məhz ölkədəki siyasi dialoq mühiti 44 günlük Vətən müharibəsi dövründə əksər siyasi təşkilatların, aparıcı vətəndaş cəmiyyəti institutlarının, ziyalıların, ictimai fəalların dövlətin təməl prinsipləri ətrafında birləşməsini təmin etdi. Fikrimcə, ölkəmizdə postmüharibə dövründə dialoqun daha da gücləndirilməsi olduqca vacibdir. Düşünürəm ki, bu məsələdə hər kəs aktiv olmalı və ölkəmizin mövqelərinin daha da güclənməsinə töhfəsini verməlidir”.

PƏRVİZ

Paylaş:
Baxılıb: 581 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31