/ / Azərbaycanın müdafiə naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycanın müdafiə naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
13.03.2021 [10:13]
Martın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əks-həmlə əməliyyatı ilə başlayan Vətən müharibəsinin Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdığını və torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb. Azərbaycan Ordusu tərəfindən keçirilmiş uğurlu hərbi əməliyyatlar haqqında qonağa məlumat verən nazir qeyd edib ki, 44 gün davam edən müharibədə ordumuzun qazandığı döyüş təcrübəsi bir çox dünya ölkələrinin orduları və beynəlxalq hərbi ekspertlər tərəfindən öyrənilir.
Müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrini müntəzəm atəşə tutmasını, məqsədyönlü şəkildə dinc əhalini qətlə yetirməsini ciddi pisləyən general-polkovnik Zakir Həsənov beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə layiqli qiymət verilməsinin və həmin hadisələri törədənlərə qarşı müvafiq tədbirlərin görməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın torpaqlarını işğaldan azad edərək 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsini həll etməsinin Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasına töhfə verəcəyini diqqətə çatdıran nazir Azərbaycan Ordusu tərəfindən azad edilmiş ərazilərdə postmüharibə dövründə keçirilən tədbirlər haqqında da qonağı məlumatlandırıb.
Toivo Klaar Ermənistan ilə Azərbaycan arasında baş verən bütün silahlı toqquşmaları, xüsusilə də keçən ilin payızında baş vermiş müharibəni diqqətlə izlədiyini qeyd edərək, Cənubi Qafqaz regionunda sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin bildirib ki, Avropa İttifaqı bu istiqamətdə atılan bütün addımları dəstəkləyir.
Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların və mülki şəxslərin ailələrinə başsağlığı verən qonaq Azərbaycan Ordusunun bu müharibədə əhəmiyyətli təcrübə qazandığını deyib.
Görüşdə, həmçinin bölgədə yaranmış yeni vəziyyət, postmüharibə şəraiti və bir sıra digər məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17

