Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Erməni vandalizminin daha bir nümunəsi

Erməni vandalizminin daha bir nümunəsi

19.03.2021 [09:28]

Yaxud indiki Ermənsitan ərazisində azərbaycanlılara məxsus məscidlərin, dini ibadət yerlərinin və digər tarixi abidələrin dağıdılması dünya mədəni irsinə qarşı cinayət hesab edilir
Öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində çox sayda tarixi-memarlıq abidələri, o cümlədən saraylar, imarətlər, məscidlər, qəbiristanlıqlar, məqbərələr, qəbirüstü abidələr və s. mövcud olub. İrəvan şəhərindəki Xan sarayı, məscidlər və karvansaralar haqqında səyyahların, sənətşünasların, arxeoloqların, rəssamların əsərlərində geniş məlumatlar verilib. Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində tarixi-memarlıq əsərləri hesab edilən 310 məscid olub ki, onlardan 7-dən çoxu İrəvan şəhərində yerləşib. Təəssüf ki, ötən əsrin əvvəllərindən, tarixi Azərbaycan torpaqlarında Ermənistan Respublikası qurulduqdan sonra azərbaycanlılara məxsus tarixi-dini abidələrin əksəriyyəti dağıdılıb.
Məsələyə münasibət bildirən Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa bildirib ki, tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən ermənilər eyni zamanda tarixi-memarlıq abidələrimizi yer üzündən silmək üçün misli görülməmiş vandallıq aktları törədiblər: “Keçmiş İrəvan xanlığı, indiki Ermənistan ərazisində İslam dini VII əsrdən etibarən yayıldığı üçün orada yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olub. İrəvan xanlığının, o cümlədən də İrəvan şəhərinin ərazisində mövcud olmuş məscidlərin hər biri bir tarixi memarlıq nümunəsi olub. 1902-ci ildə İrəvan quberniyasının Statistika komitəsi “İrəvan quberniyasının 1902-ci il üçün yaddaş kitabçası”nı çap etdirib. Orada göstərilir ki, İrəvan quberniyasında 310 məscid mövcuddur ki, onlardan 7-si İrəvan şəhərindədir. Bununla yanaşı, 1906-1911-ci illərdə İrəvan şəhərinin texniki B.Mehrabov şəhərin planını və orada olan memarlıq abidələrinin siyahısını tərtib edib. B.Mehrabov şəhərdə 8 məscid qeydə alıb: Təpəbaşı, Şəhər (Zal xan), Sərtib xan, Göy məscid, Hacı Novruzəli bəy, Qala məscidi, Dəmirbulaq və Hacı Cəfər bəy”.
N.Mustafanın sözlərinə görə, indi Ermənistan Respublikası adlanan tarixi Azərbaycan ərazisində çoxsaylı qalalar, qala-şəhərlər, hərbi-istehkam obyektləri də mövcud olub: “Tarixi mənbələrdə indiki Ermənistan ərazisində orta əsrlər dövrünə və sonrakı əsrlərə aid İrəvan qalası, Keçi (Keşikçi) qalası, Sərdarabad qalası, Talın qalası, Gümrü qalası, Şörəyel qalası haqqında məlumatlar var. Bu qalaların içərisində ən möhtəşəmi İrəvan qalası olub. Qeyd edim ki, Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, 1924-cü ildə təsdiq edilən baş planın əsas məqsədi də azərbaycanlılara məxsus olan tarixi-memarlıq abidələrini məhv etmək olub. Halbuki həmin məscidlərin, digər dini ibadət yerlərinin, tarixi abidələrin yer üzündən silinməsi dünya mədəni irsinə qarşı cinayətdir”.
Beləliklə, sadalanan faktlar sübut edir ki, indiki Ermənistanın (Qərbi Azərbaycanın) bütün ərazilərində Azərbaycana aid izləri silmək məqsədilə tarixi-memarlıq abidələrimizə, mədəni-maddi irsimizə qarşı vandalizm aktları həyata keçirilib. Ekspertlərin qeyd etdiyi kimi, İrəvan şəhərində ümumiyyətlə, indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus məscidlərin, dini ibadət yerlərinin, digər tarixi abidələrin məhv edilməsi bəşəri cinayət hesab olunur.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 623 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31