/ / Şuşa şəhərində və onun ətrafında “İsgəndər” raketinin qalıqlarının tapılması Ermənistanın faşist mahiyyətinin növbəti təsdiqidir
Şuşa şəhərində və onun ətrafında “İsgəndər” raketinin qalıqlarının tapılması Ermənistanın faşist mahiyyətinin növbəti təsdiqidir
06.04.2021 [08:58]
Xəbər verildiyi kimi, ANAMA-nın işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minalardan təmizləmə tədbirləri zamanı Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İsgəndər” raketinin qalıqları tapılıb. Araşdırma zamanı müəyyən edilib ki, bu Operativ-Taktik Raket Kompleksi “İsgəndər-M” raketinin qalıqlarıdır. Qeyd edilməlidir ki, atılan raket tam partlamadığı üçün onun müəyyən hissələri böyük əraziyə səpələnib. ANAMA əməkdaşları bir-birindən xeyli aralı məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər. Raketin qalıqları aprelin 2-də Bakıda media nümayəndələrinə nümayiş etdirilib.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə bir sıra hərbi cinayətlərə əl atan Ermənistan hətta qadağan olunmuş silahlarla cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələrinə hücumlar həyata keçirib. Bu, onların faşist mahiyyətinin növbəti sübutudur: “Şuşa şəhərində qalıqları tapılmış “İsgəndər-M” raketi ilə bağlı məsələyə gəldikdə isə açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana “İsgəndər-M” raketinin sadələşdirilmiş variantı olan, 280 km məsafəyədək uçan “İsgəndər-E” raket kompleksi verib. Bununla müqayisədə “İsgəndər-M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 km-dək məsafə qət edə bilir. Amma belə olan halda, ortaya sual çıxır ki, əgər Rusiya Ermənistana “İsgəndər-M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması necə izah oluna bilər. Xatırlasaq, Rusiya Prezidentinin Administrasiyasından yayılan məlumatda bildirilirdi ki, Qarabağda münaqişə zamanı “İsgəndər” raketlərindən istifadə olunmayıb. Lakin qalıqların tapılması bu açıqlamanı şübhə altına alır. Onu da nəzərə almaq lazımdır ki, həmin dövrlərdə Rusiyadan Ermənistana silahların qeyri-qanuni ötürülməsi, habelə bu prosesdə erməniəsilli Rusiya vətəndaşlarının iştirakı ilə bağlı fikirlər də səsləndirilirdi”.
Milli Məclisin deputatı Ramil Həsən də 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycan ərazisini davamlı şəkildə raket atəşinə tutduğunu, Gəncə, Bərdə, Tərtər şəhərlərinin böyük dağıdıcı qüvvəyə malik olan raketlərlə vurulduğunu deyib. Bu hücumlar nəticəsində isə çoxlu sayda mülki insan qətlə yetirilib və yaralanıb. Onun sözlərinə görə, Ermənistan kimi ölkələrə müasir silahların verilməsinin neqativ nəticələri 44 günlük müharibə dövründə bir daha özünü göstərdi. Faşist düşüncəli Ermənistanın bu silahları dinc azərbaycanlı əhaliyə qarşı işlətməsi günahsız insanların qətl edilməsi ilə nəticələndi: “Hələ 44 günlük müharibə dövründə ayrı-ayrı şəhərlərimizə atılan raket və bombalarla bağlı Baş Prokurorluğun yaydığı məlumatlarda da bu fakt öz əksini tapıb. Bundan başqa, 44 gün ərzində Tərtər rayonuna atılan raket və bomba qalıqları da deyilənləri təsdiqləyir. Eləcə də həmin dövrdə bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarının, hətta KİV-lərin nümayəndələri də ermənilərin qadağan olunmuş silahlardan istifadə etməsi ilə bağlı həm hesabatlar, həm də reportajlar hazırlayıblar. Bu, bir daha Ermənistanın təcavüzkar xislətini ortaya çıxarır, onların regionun təhlükəsizliyinə təhdid yaratdığını göstərir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

