Ermənilərin qondarma “soyqırımı” iddiasının tarixi əsası yoxdur
23.04.2021 [08:18]
Bəlli olduğu kimi, hər il aprelin 24-də ermənilərin qondarma “soyqırımı” iddiası xüsusi olaraq gündəmə gətirilir. Təbii ki, ermənilər saxta iddialarla beynəlxalq ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Eyni zamanda, müxtəlif maraqlı xarici qüvvələr ermənilərin uydurma iddialarından istifadə edərək Türkiyə və Azərbaycana qarşı qara piar kampaniyası aparmağa cəhd göstərirlər. Yeri gəlmişkən, indi diqqət yenidən bəzi ölkələrə, xüsusilə də ABŞ-a yönəlib. Belə ki, saxta iddialarla beynəlxalq ictimai rəyi manipulyasiya etməyə çalışan ermənilər ABŞ prezidentindən ənənəvi müraciətində “soyqırımı” sözünü gözləyirlər. Amma eksperlərin də qeyd etdikləri kimi, tarixi əsasları olmayan cəfəng bir iddianın səsləndirilməsi mənəvi və siyasi cəhətdən yolverilməzdir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin üzvü Sədaqət Vəliyeva bildirib ki, ermənilərin bu qondarma iddialarının əsası yoxdur və tarixi sənədlər də təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Bu baxımdan, uydurma “erməni soyqırımı” iddialarının gündəmə gətirilməsi Ermənistan və erməni lobbisi ilə yanaşı, bəzi xarici güclərin də marağındadır: “Bu əsassız iddiadan zaman-zaman Azərbaycana və Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Xüsusilə, Türkiyə-Azərbaycan qardaşlığından ciddi narahat olan erməniləri bu əsassız təbliğatı gücləndirməyə cəhd edirlər. Təbii ki, bu əsassız iddia subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, anti-Azərbaycan və anti-Türk meyillərin son dövrlərdə güclənməsinin təzahürüdür. Onlar arzulayırlar ki, bəzi dövlətlərin başçıları öz çıxışlarında “soyqırımı” sözünü işlətsinlər. Amma bu olmayacaq. Çünki heç bir dövlət Azərbaycan və Türkiyə kimi tərəfdaşlarla olan əlaqələrini əsassız bir iddiaya qurban vermək istəməz”.
Milli Məclisin üzvü Ramil Həsən də bu qondarma iddianın heç bir tarixi-hüquqi əsasının olmadığını deyib. Onun sözlərinə görə, bəzi ölkələr, bir sıra mərkəzlər bu qondarma iddiadan yalnız öz maraqları üçün istifadə edirlər, onu manipulyasiya vasitəsi kimi əllərində saxlamağa çalışırlar: “Xüsusilə, Azərbaycan ilə Türkiyənin strateji müttəfiq, qardaşlıq münasibətləri sərgiləməsi, erməni təcavüzünə qarşı vahid konsepsiyadan çıxış etməsi qondarma “soyqırımı” iddiasına müraciət məsələsini yenidən aktuallaşdırıb. Fikrimcə, istər ABŞ prezidenti öz ənənəvi müraciətində, istərsə də digər dövlətlər bu məsələdə ehtiyatlı davranış sərgiləməli, tarixi həqiqətləri gözardı etməməlidir. Bu “soyqırımı” iddiasının tarixi yalan olması hər kəsə bəllidir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

