/ / Azərbaycan regionda əməkdaşlığın dərinləşməsini, davamlı sülhün və təhlükəsizliyin təmin olunmasını istəyir
Azərbaycan regionda əməkdaşlığın dərinləşməsini, davamlı sülhün və təhlükəsizliyin təmin olunmasını istəyir
01.05.2021 [00:39]
Prezident İlham Əliyev: Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq
Hazırda bütün dünya ölkələrinin həyatına bir sıra çətinliklər gətirən COVID-19 pandemiyasının meydana çıxardığı çağırışlara, həmçinin postmüharibə dövrünün reallıqlarına uyğun adekvat tədbirlərin görülməsi Azərbaycanda həyata keçirilən siyasətin mühüm istiqamətlərini təşkil edir. Bütün bunlar barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyanın Asiya və Sakit okean regionu ölkələrinin dövlət və hökumət başçılarının çıxışları seqmentində videoformatda təqdim olunan çıxışında ətraflı bəhs edib.
Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir
Azərbaycan dövləti respublika ərazisində COVID-19-a ilk yoluxma faktı qeydə alınan vaxtdan etibarən təhlükəli yoluxucu xəstəliklə mübarizəyə həssas yanaşma sərgiləyir. Ölkədə pandemiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə bütün əlaqədar qurumlar dövlət başçısının tapşırığına uyğun olaraq koordinasiya olunmuş şəkildə fəaliyyət göstərirlər. Respublikamızın yeni növ koronavirus pandemiyasına qarşı mübarizə gündəliyində insanların sağlamlığının qorunması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, iqtisadiyyatın funksionallığının saxlanılması, sahibkarlıq subyektlərinə, məşğulluğa dəstək kimi tədbirlər xüsusi yer tutur. Yuxarıda bəhs olunan çıxışında ölkəmizdə pandemiya ilə mübarizə çərçivəsində görülən tədbirlər barədə ətraflı danışan Prezident İlham Əliyev “COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur. Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir”, - deyə bildirib.
Qeyd edək ki, respublikamızın ən yaxşı səhiyyə müəssisələri COVID-19 infeksiyasına yoluxan xəstələrin müayinə və müalicəsinə cəlb olunub. Qısa müddətdə ölkə ərazisində bir neçə yeni modul tipli xəstəxananın tikintisi və çarpayı fondunun əhəmiyyətli dərəcədə artırılması təmin edilib, yeni laboratoriyalar istifadəyə verilib. Bundan başqa, tibbi maska və xüsusi geyimlərin istehsalı müəssisələri işə salınıb. Bütövlükdə, respublikamız MDB məkanında pandemiya ilə mübarizəyə ən böyük büdcə ayıran ölkələr sırasında yer alır. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı respublikamızı COVID-19 pandemiyasına qarşı milli səviyyədə nümunəvi mübarizə aparan ölkə kimi səciyyələndirib.
Azərbaycan dünya miqyasında vaksinasiya prosesinə ilkin başlayan ölkələr sırasında yer alır. Cari ilin yanvar ayından indiyədək respublikamızda 1,4 milyon vaksin istifadə olunub ki, bu da ölkə əhalisinin 14 faizinin peyvəndlənməsi deməkdir.
Eyni zamanda, məsuliyyətli dövlət olan Azərbaycan o mövqedən çıxış edir ki, qlobal səciyyə daşıyan xəstəliyə qarşı səmərəli mübarizə aparmaq üçün dünya dövlətlərinin, beynəlxalq təşkilatların səyləri əlaqələndirilməlidir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Deyilənlərin təsdiqi olaraq qeyd edək ki, indiyədək Azərbaycan uğurla sədrlik etdiyi Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiyaya qarşı mübarizə mövzusuna həsr olunan Zirvə görüşlərinin keçirilməsinə nail olub. Bundan başqa, dövlət başçımızın təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyası keçirilib. Xatırladaq ki, dövlət başçımızın beynəlxalq birlik üçün ciddi təhdidlər yaradan yeni növ koronavirus pandemiyasına qarşı mübarizə mövzusunda BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirlməsi təşəbbüsü dünyanın bütün qitələrindən olan 130-dan çox ölkə tərəfindən dəstəklənmişdi. Yalnız məkrli məqsədlər güdən işğalçı Ermənistan xoş niyyətə əsaslanan bu təşəbbüsə qarşı çıxdı. Ölkəmiz, çətin pandemiya şəraitində, həmçinin ÜST-ə 10 milyon dollar ianə edib, 30-dan çox dövlətə öz dəstəyini göstərib.
Azərbaycan “Vaksin millətçiliyi”nin əleyhinədir. Verilən məlumatlara görə, indiyədək dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Bu, ədalətsizlikdir. Azərbaycanın mövqeyi belədir ki, dünyada bütün dövlətlərin vaksinlərə əlçatanlığı təmin olunmalıdır. Vurğulamaq yerinə düşər ki, bu yaxınlarda BMT-nin İnsan Hüquqları Şurası Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş, ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnaməni yekdilliklə qəbul edib. Prezident İlham Əliyev COVID-19-a qarşı peyvəndlərin beynəlxalq miqyasda bölüşdürülməsi ilə bağlı birmənalı mövqeyini nəzərə çatdıraraq deyib: “Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir”.
Yeni reallıqlar yaradan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasını strateji vəzifələrdən biri kimi müəyyənləşdirib
Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı qələbə qazanaraq özünün ərazi bütövlüyünü təmin etdi. Hazırda ölkəmiz Böyük Qayıdış ərəfəsindədir. Yeni reallıqlar yaradan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasını strateji vəzifələrdən biri kimi müəyyənləşdirib. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa və zəruri infrastrukturun qurulması işlərinə başlayıb. Ərazilər minalardan təmizlənir. Füzulidən Şuşaya “Zəfər yolu”nun tikintisi intensiv şəkildə davam etdirilir. Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Zəngilanın Ağalı kəndində ilk “Ağıllı kənd” pilot layihəsinin icrasına start verildi. Füzulidə beynəlxalq əhəmiyyətli hava limanının inşası həyata keçirilir. Daha iki hava limanının biri Zəngilan, digəri isə Laçın rayonlarında yaradılması nəzərdə tutulub. İşğaldan azad edilmiş ərazilərdəki bərpa olunan enerji mənbələrindən istifadə edilməsi də gündəlikdə duran məsələlər sırasında yer alır. Ümumiyyətlə, görüləcək işlərin, bərpa layihələrinin əhatə dairəsi kifayət qədər genişdir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan və nəzərdə tutulan layihələrdən bəhs edən Prezident İlham Əliyev vurğulayıb: “Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq. Mən dost ölkələrdən olan şirkətləri işğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə irimiqyaslı yenidənqurma işlərinə dəvət edirəm”.
Respublikamızın şanlı qələbə ilə başa vurduğu 44 günlük müharibənin nəticələri, həmçinin regional əməkdaşlığın genişləndirilməsi baxımından da böyük önəm daşıyır. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Məlum olduğu kimi, indiyədək respublikamız Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verib. Son 17 ildə respublikamızda böyük həcmlərdə investisiya qoyuluşu hesabına yaradılan müasir yol-nəqliyyat infrastrukturu bəhs olunan marşrutların funksionallığının artması baxımından mühüm əhəmiyyət daşıyır. Yaranan yeni reallıqlar fonunda postmüharibə dövründə respublikamızın regional əməkdaşlığın genişlənməsində rolu daha da artacaq. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev “Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək”, - deyə vurğulayıb.
Bütövlükdə, postmüharibə mərhələsində reallaşdırılması nəzərdə tutulan infrastruktur layihələri yalnız region dövlətləri üçün əhəmiyyətli deyil. Mütəxəssislərin qənaəti belədir ki, daha geniş coğrafiyanı əhatə edən dövlətlər, o cümlədən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələr də bu regional layihənin potensialından bəhrələnmək imkanı qazanacaqlar.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

