Milli Məclisin sədri Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
25.05.2021 [09:01]
Milli Məclisin sədri Sahibə Qafarova mayın 24-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib. Milli Məclisin sədri bildirib ki, bu gün Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanır. Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Milli Məclisin sədri xüsusilə qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Azərbaycana yüksək səviyyədə mənəvi və siyasi dəstək verərək, əsl qardaşlıq örnəyi göstərib. Sahibə Qafarova iki qardaş ölkə olan Azərbaycan və Türkiyənin bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcəyinə və bir-birinin yanında olacağına əminliyini ifadə edib.
Türkiyə və Azərbaycanın qanunverici orqanları arasında münasibətlərdən danışan Sahibə Qafarova hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərdiyini bildirib. Vurğulanıb ki, deputatlarımızın müxtəlif platformalarda mütəmadi görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.
Səfir Cahit Bağçı səmimi görüş üçün minnətdarlığını ifadə edərək, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun səmimi salamlarını Milli Məclis sədrinin diqqətinə çatdırıb. Türkiyə ilə Azərbaycan arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini, iki qardaş ölkənin bütün məsələlərdə bir-birini dəstəklədiyini qeyd edən səfir dost və qardaş Azərbaycanda fəaliyyət göstərməyin onun üçün şərəfli və böyük məsuliyyət olduğunu deyib. O, fəaliyyəti dövründə əlaqələrimizin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Milli Məclisin sədri səfirə Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

