Adil Əliyev: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun əyani təcəssümüdür
17.06.2021 [09:19]
Dünən ölkəmizin həyatında çox mühüm bir hadisə baş verdi. Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətləri müttəfiqlik haqqında Şuşa Bəyannaməsi ilə bir daha təsdiqləndi. Dövlət başçılarımızın timsalında formalaşmış Azərbaycan-Türkiyə qardaşlığı hazırda çox böyük uğurla davam etdirilir. Xüsusilə vurğulanmalıdır ki, Şuşa Bəyannaməsi prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın timsalında bu iki qardaş, dost dövlətlərinin dostluğunun dünyaya daha bir nümayişi oldu.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirib.
Komitə sədri deyib: “Bəyannamənin imzalanması üçün Şuşa şəhərinin seçilməsi növbəti dəfə verilən aşkar mesajdır ki, Ermənistan bir dövlət olaraq viran qoyduğu Qarabağ işğaldan azad edilməklə, mədəni tədbirlərə ev sahibliyi etməklə yanaşı, eləcə də diplomatik sazişlərin imzalandığı bir məkana çevrilməkdədir.
Bəyannamə mühüm əhəmiyyət kəsb edən bütün amilləri özündə əks etdirir. Sənəddə əksini tapan ən vacib məsələlərdən biri ölkələrimizin beynəlxalq müstəvidə birgə əməkdaşlığını davam etdirməsidir. Təəssüf ki, bəzi ölkələrin iki qardaş dövlətin bu qədər yaxın olmasından narahatlıqları özünü beynəlxalq müstəvidə də göstərir. Azərbaycan və Türkiyənin istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə bir-birini dəstəkləməyə davam edəcək. Bir neçə il əvvəl beynəlxalq tədbirlərin birində Prezident İlham Əliyevin “Türkiyə yoxdur, mən burdayam” deməsi və qardaş ölkənin mövqeyini ən yüksək səviyyədə müdafiə etməsi dünyaya qardaşlığımızın nümunəsini göstərmişdi. İqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və digər sahələrdə münasibətlərin daha da inkişafını nəzərdə tutan Şuşa Bəyannaməsi bu qardaşlığın daha bir təsdiqidir. Sənəddəki mühüm məsələlərdən biri də enerji təhlükəsizliyi, xüsusilə Cənub Qaz Dəhlizi ilə bağlıdır. Bu, onu deməyə əsas verir ki, Cənub Qaz Dəhlizi yalnız iki qardaş ölkə üçün deyil, eləcə də Avropa üçün böyük önəm kəsb edir”.
Adil Əliyev bildirib ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardımla bağlı məsələlərə də yer verilməsi olduqca önəmlidir. Bu, onu göstərir ki, ölkələrimiz bundan sonra da hər zaman bir yerdə olacaq, bir-birinin təhlükəsizliyinə töhfə verəcəklər. Təbii ki, qarşılıqlı hərbi təcrübənin öyrənilməsi olduqca vacibdir. Eyni zamanda, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi də sənəddə əksini tapan məsələlər sırasındadır. Bununla ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əlaqələr daha da inkişaf edəcək.
Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə ölkələrimiz arasında quru yolu ilə nəqliyyat əlaqəsi təmin ediləcək ki, bu da ölkə vətəndaşlarının qardaş Türkiyəyə rahat gediş-gəlişinə əlverişli şərait yaradacaq, eyni zamanda, yüklərin daşınmasında Azərbaycanın tranzit ölkəyə çevrilməsində mühüm rol oynayacaq. Ölkəmizin İkinci Qarabağ müharibəsindəki Qələbəsi ilə bölgədə yeni geosiyasi vəziyyət yaranıb və regionun bütün dövlətləri bundan faydalana bilərlər.
Xatırlatmalıyıq ki, Vətən müharibəsi başlanan gündən Türkiyə bizim ədalətli mövqeyimizi dəstəkləyən ilk ölkə oldu. Sonradan digər dost ölkələr də haqlı mövqeyimizə qoşuldu. Azərbaycanın dostlarının bu dəstəyini digər ölkələr Ermənistanın təcavüzkar siyasətini pislədi.
A.Əliyev bildirib ki, Vətən müharibəsindən sonra azad edilmiş bölgələrimizin bərpasında qardaş Türkiyənin də fəal iştirakı bizi çox sevindirir. Eyni zamanda, Şuşa şəhərində Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar aparılacaq abadlıq-quruculuq işlərində qardaş ölkənin daha yaxından iştirak edəcəyinin anonsunu verir.
Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: “Biz bir millət, iki dövlətik”. Bu gün hər kəs qardaşlığımızın, dostluğumuzun, gücümüzün fərqindədir.
Xəbər lenti
Hamısına baxSosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03

