/ / Hikmət Babaoğlu: Ermənistandakı hazırki vəziyyət Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın işğalçı ölkənin siyasi sistemi tərəfindən qəbul edilməsidir
Hikmət Babaoğlu: Ermənistandakı hazırki vəziyyət Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın işğalçı ölkənin siyasi sistemi tərəfindən qəbul edilməsidir
22.06.2021 [09:22]
Ermənistandakı hazırki vəziyyət məhz Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın işğalçı ölkənin siyasi sistemi tərəfindən qəbul edilməsi hadisəsidir. Ermənistanda seçkilər başa çatdı və Paşinyanın rəhbərlik etdiyi Vətəndaş müqaviləsi partiyası seçicilərin təqribən 54 faizinin səsini qazanmaqla parlamentdə özünə çoxluğu təmin edə bildi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, əlbəttə, seçki ərəfəsində və seçkinin gedişi zamanı verilən proqnozlar Paşinyanın partiyasına maksimum 40 faiz səsin verilə biləcəyini göstərirdi. Amma göründüyü kimi, erməni seçicisi proqnozlardan bir qədər fərqli davrandı. Ancaq bu, erməni seçicilərinin 54 faizinin şüurlu seçimi deyildi. Bu, mövcud reallığı dərk edərək ona adekvat reaksiyasının ifadəsi kimi də qiymətləndirilməməlidir. Bu, daha çox psixoloji intuitiv arzunun reallaşdırılması idi. Çünki Ermənistan cəmiyyəti və seçiciləri hələ də mövcud reallığı dərk etməkdən xeyli uzaqdır, ancaq şüuraltı idrakla başa düşürdülər ki, başqa çıxış yolları yoxdur və intuitiv olaraq mövcud reallığı qəbuletmə instinktini siyasi müstəvidə reallaşdırdılar. Çünki bunun əksi, yəni, bu gün seçkinin nəticəsində ortaya çıxan reallığın əksi, Ermənistan üçün vətəndaş müharibəsi, qarşıdurma və yenidən müharibə perspektivlərinin yaranması idi. Bax erməni seçicisinin psixoloji intuitiv arzusunun reallaşdırılması hadisəsi deyəndə bu başa düşlməlidir.
Hikmət Babaoğlu qeyd edib ki, əlbəttə, seçkilərin nəticəsi, Azərbaycan üçün də maraq doğuran idi. Çünki rəsmi Bakı əvvəlcədən bəyan etmişdi ki, revanşistlərlə, radikal qüvvələrlə Azərbaycan əsla və əsla əməkdaşlıq etməyəcəkdir. Elə seçkilərin nəticəsindən də görünən odur ki, yeni formalaşacaq hakimiyyət 2020-ci 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərini daha qətiyyətlə icra edə biləcək siyasi iradə nümayiş etdirmək imkanı qazanıb. Çünki üçtərəfli razılaşmanı imzalamış siyasətçinin, yəni, Paşinyanın rəhbərlik etdiyi partiya qalib gəlib və yeni koalisiyasız hökumət qurmaqla daha rasional addımlar atmaq imkanına sahib olacaq. Əslində, Ermənistanın siyasi sistemində nəzər salsaq, görərik ki, mövcud gerçəklikdə, mövcud reallığı dərk edərək bundan sonra regionun gələcəyi ilə bağlı müsbət impulslar verə bilən yeganə siyasi partiya elə Paşinyanın partiyası idi və yaxud Paşinyan idi. Doğrudur, onun mövqeyi də bir qədər tərəddüdlü idi, qəti deyildi. Amma buna baxmayaraq, hər halda bilirik ki, Paşinyan 10 noyabr tarixli üçtərəfli razılaşmaya imza atmış baş nazirdir, siyasətçidir. Ona görə Azərbaycanın maraqları kontekstində və bütövlükdə regionun sabitlik arzuları kontekstində bu məsələni qiymətləndirsək, görəcəyik ki, Paşinyanın quracağı hökumət şübhəsiz ki, 2020-ci ildən noyabrın 10-dan sonra formalaşmış yeni reallıq istiqamətində müsbət və rasional addımlar ata biləcək yeganə siyasi partiyadır. Ona görə də Ermənistanda bundan sonra hadisələrin müsbət tendensiyalar üzrə inkişafına dair çox ehtiyatlı nikbin proqnozlar vermək mümkün ola bilər.
“Nəzərə almaq lazımdır ki, seçki öncəsi Ermənistan cəmiyyətinin həddindən artıq qütbləşməsindən söhbət gedirdi. Seçkidən sonra ilk yeri tutan iki partiyanın yenidən seçkilərin ikinci turuna gedə bilməsi ehtimalı proqnozlaşdırılırdı və beləliklə, koalisiyalı hökumət perspektivləri müzakirə olunurdu. Şübhəsiz ki, bütün bunlar ən pis ssenarilər idi. Ancaq Paşinyanın yenidən hakimiyyətə gəlməsi, əslində, köhnə yeninin yenilənməsidir. Yəni, 2018-ci ildə hakimiyyətə gələn Paşinyan Ermənistan siyasi sisteminə yeni reallıq gətirməyi bacardı. Bu isə həmin o yeni reallığın köhnəlmiş və yenidən təkrarı deməkdir. Ona görə də əlbəttə ki, hadisələrin bu cür inkişafı bütövlükdə bir qədər tərəddüdlü olsa da, bundan sonrakı mərhələdə regional inteqrasiya, Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması, sərhədlərin delimitasiya və demarkasiyası məsələləri və nəhayət, Zəngəzur dəhlizinin açılması ilə bağlı hadisələri müsbət istiqamətdə proqnozlaşdırmaq üçün əsaslar verir. Dolayısı ilə əgər bir cümlə ilə ifadə etməyə çalışsaq, belə deyə bilərik ki, ən pis ssenarilər içərisində daha az pis olan bir ssenari gerçəkləşdi. Düşünürəm ki, indiki şərtlər içərisində bundan artığını da gözləmək olmazdı”, - deyən deputat qeyd edib ki, beləliklə, bundan sonra 10 noyabr tarixli üçtərəfli Bəyanatın reallaşdırılması üçün daha qəti addımların atılacağını mümkün hesab etmək olar. Nəzərə almaq lazımdır ki, Ermənistanda artıq nəticəsi bəlli olan 20 iyun tarixli parlament seçkiləri, Azərbaycanın tarixi Zəfəri ilə başa çatan 44 günlük müharibənin yaratdığı yeni reallığın gətirdiyi məcburiyyətdən doğmuşdu. Ona görə də kimin necə qiymətləndirməsindən asılı olmayaraq, Ermənistandakı hazırki vəziyyət məhz Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın Ermənistanın siyasi sistemi tərəfindən qəbul edilməsi hadisəsidir.
Xəbər lenti
Hamısına baxDünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38

