Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gültəkin Hacıbəyli ermənipərəst dairələrin təbliğatçısı rolunda

Gültəkin Hacıbəyli ermənipərəst dairələrin təbliğatçısı rolunda

23.06.2021 [08:50]

Məlum olduğu kimi, 44 günlük müharibənin Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatmasından sonra dövlətimizin qarşısında duran əsas vəzifə azad olunmuş ərazilərimizin bərpasıdır. Artıq bu istiqamətdə abadlıq-quruculuq işləri sürətlə davam edir. Görülən işlər barədə müvafiq dövlət qurumları ictimaiyyətə mütəmadi olaraq məlumat verir, həmçinin kütləvi informasiya vasitələri həmin ərazilərdən reportajlar hazırlayaraq əyani şəkildə təqdim edirlər. Bu baxımdan, xüsusilə Şuşa şəhərində də həyata keçirilən quruculuq işlərinin sürətlə davam etdirilməsi cəmiyyətimiz tərəfindən yüksək dəyərləndirilir.
Bütün bunların fonunda, təəssüf ki, radikal müxalifət, “beşinci kolon”un nümayəndələri “ənənə”lərinə sadiq qalaraq yenə də bu məsələyə öz cılız “məntiq”ləri ilə yanaşır, görülən işləri görməzdən gəlir, yaxud da hər şeyi qara rəngdə görürlər. Elə antimilli şuranın üzvü Gültəkin Hacıbəylinin sosial şəbəkələrdəki əsassız iddiaları da radikal düşərgənin bu mərəzini bir daha ortaya çıxarır. Belə ki, o, qədim tarixi şəhərimiz Şuşada görülən quruculuq işlərini hədəfə alır, absurd iddialar irəli sürür. Əslində isə, antimilli şuranın üzvü öz iddiasının ağ yalan olduğunu yaxşı bilir. Çünki qeyd etdiyimiz kimi, azad edilmiş ərazilərdə quruculuq işlərinin sistemli şəkildə həyata keçirilir. Konkret olaraq Şuşa şəhərinə gəlincə, dövlətimizin bu məsələdə nə dərəcədə həssas olduğu bütün cəmiyyətə məlumdur. Qeyd edək ki, Şuşa milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Dövlətimizin başçısı tərəfindən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi isə xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə və zəngin irsinə əsaslanan qanunauyğunluqdur. “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanunun qəbul edilməsi də bu müqəddəs torpağımızın öz tarixi statusunu hüquqi cəhətdən tənzimləyəcək və qoruyacaq. Bu qanunun qəbulu Qarabağın incisi olan Şuşanın Azərbaycan üçün nə qədər böyük önəm kəsb etdiyini, Azərbaycan xalqının tarixi yaddaşındakı yerini və rolunu ifadə edir. Yəni Şuşada bərpa və quruculuq işləri ilə yanaşı, onun gələcəyi də dövlətin xüsusi diqqət mərkəzindədir.
Bütövlükdə isə, dövlətin işğaldan azad olunan ərazilərdə gördüyü işlərə gəlincə, hazırda minalardan təmizləmə prosesi gedir və artıq bununla paralel olaraq bərpa işləri də görülür, yeni layihələrin təməli atılır və s. Dövlətin mövqeyi bundan ibarətdir ki, maksimum qısa müddət ərzində mərhələli yollarla insanlarımız o bölgələrə qaytarılacaq. Bunun üçün vəsait də var. Amma ərazinin və əhalinin miqyası nəzərə alınsa, bu, müəyyən zaman tələb edir. Eyni zamanda, xüsusi olaraq vurğulayaq ki, dövlətimiz həmin ərazilərdə də vətəndaşlar üçün ən müasir, yüksəksəviyyəli infrastruktur, yaşayış məntəqələri yaratmağı nəzərdə tutur və belə də olacaq.
Lakin öz “ənənə”lərinə sadiq qalan radikallar, o cümlədən G.Hacıbəyli indi də işğaldan azad olunmuş ərazilərdəki quruculuq işlərinə qısqanclıqla yanaşırlar. Bütün hallarda, cəmiyyətimiz onların xislətinə yaxşı bələddir və radikalların proseslərə yanaşmada sərgilədikləri “məntiq” sabun köpüyündən başqa bir şey deyil.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 575 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31