/ / Əlisahib Hüseynov: Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin bünövrəsi qoyulub
Əlisahib Hüseynov: Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin bünövrəsi qoyulub
24.06.2021 [09:06]
“Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşa Bəyannaməsinin imzalanması hər iki ölkədə gündəmin əsas mövzusu olaraq qalır. Bu da təbiidir. Çünki bu Bəyannamənin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətlərində tamamilə yeni mərhələnin bünövrəsi qoyulub”.
Bu fikirləri Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Ə.Hüseynov bildirib ki, müttəfiqlik haqqında Şuşa Bəyannaməsi, ilk növbədə, Azərbaycan-Türkiyə qardaşlığının siyasi təcəssümü və hüquqi təsbitləndirilməsi idi. Bununla da, Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə siyasi leksikonumuza gətirdiyi “Bir millət, iki dövlət” ifadəsi və konsepsiyası hüquqi müstəviyə köçürülmüş oldu və iki ölkə münasibətləri daha üstün səviyyəyə yüksəldildi: “Bu Bəyannamədə Ermənistanın revanşist siyasi dairələrinə ünvanlanmış mesajlar, regiondakı kommunikasiya xətlərinin açılması, dinc qonşuluq şəraitində yaşamağa və bölgədə sülhün qorunmasına çağırışı Silahlı Qüvvələrimizin yeni çağırışlara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki qardaş ölkənin Silahlı Qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı əks etdirən bir sıra məqamlar var. Bütün bunlarla bərabər, Şuşa Bəyannaməsində, həmçinin media, diaspora, xarici siyasətdə birgə hərəkətetmə, eləcə də təhsil, iqtisadiyyat, müasir texnologiyalar və birgə sərmayə yatırımları kimi sahələrdə də əməkdaşlığın daha da dərinləşdirilməsi nəzərdə tutulur. Yəni ki, bu sənəd hərtərəfli işbirliyini, çoxşaxəli əməkdaşlığı təmin edən, stimullaşdıran böyük hüquqi bazadır.
Partiya sədrinin sözlərinə görə, Şuşa Bəyannaməsinin imzalanması onu göstərir ki, Türkiyə-Azərbaycan qardaşlığı sadəcə sözdə qardaşlıq ifadələri ilə məhdudlaşmır: “Bizim qardaşlığımız real, əməli qardaşlıqdır. Prezident İlham Əliyevin Şuşadakı mətbuat konfransında çıxışı zamanı qeyd etdiyi kimi, bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir. Biz nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi nümayiş etdiririk. Biz bundan sonra da hər zaman bir yerdə olacağıq, bir-birimizin təhlükəsizliyini təmin edəcəyik”.
NARDAR
Xəbər lenti
Hamısına baxMaraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40

