/ / Müstəqil Azərbaycanın dünyanın ən güclü ordularından birinə malik olması xalqımızın qürur mənbəyidir
Müstəqil Azərbaycanın dünyanın ən güclü ordularından birinə malik olması xalqımızın qürur mənbəyidir
26.06.2021 [09:19]
Prezident İlham Əliyev: Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi
Bu gün müstəqil Azərbaycanda əlamətdar tarix, 26 İyun - Silahlı Qüvvələr Günü böyük qürur hissi ilə qeyd olunur. Xatırladaq ki, bu günün təsis edilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ötən əsrin doxsanıncı illərinin əvvəllərində xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə qayıdarkən gənc respublikamızda ordu quruculuğu sahəsində vəziyyət heç də ürəkaçan deyildi. Siyasi partiyalar, ayrı-ayrı “lider”lər texniki və peşəkar kadr təchizatı onsuz da aşağı səviyyədə olan silahlı birləşmələrdən öz məqsədləri üçün istifadə edirdilər. Ordunun siyasi alətə çevrilməsi məkrli düşmənin yeni-yeni ərazilərimizi işğal etməsinə imkan verirdi. Müdrik dövlət xadimi olan Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gəldikdən sonra ordu quruculuğu ilə bağlı 1993-cü ildə mühüm qərarlar qəbul etdi, qanunsuz silahlı birləşmələr buraxıldı. Ulu Öndərin qətiyyəti və müdrikliyi sayəsində respublikamızda vahid komandanlığa tabe olan ordu quruculuğunun əsası qoyuldu. Ümummilli Lider Heydər Əliyev 1998-ci ildə imzaladığı müvafiq Fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox mühüm addım atdı və Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi.
Bu gün Silahlı Qüvvələrimiz ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qarantı rolunda çıxış edir
Hər bir ölkənin suverenliyinin, ərazi bütövlüyünün təmin olunmasında ordu müstəsna rola malikdir. Bu baxımdan, son üç onillik ərzində müharibə şəraitində yaşayan və işğal faktı ilə üzləşən Azərbaycanın öz Ordusunu davamlı şəkildə gücləndirməsi strateji önəm daşıyır. Azərbaycan ötən dövrdə müasir ordu quruculuğunu daim öz gündəliyinin mərkəzində saxlayıb. Respublikamızda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib. Bəhs olunan dövrdə dövlət büdcəsindən hər il Silahlı Qüvvələrin möhkəmləndirilməsinə böyük həcmdə vəsaitlər yönəldilib. Qeyd etmək yerinə düşər ki, iqtisadi-maliyyə imkanları getdikcə genişlənən respublikamız 2003-cü ildən bəri özünün hərbi xərclərini də adekvat şəkildə artırıb.
Davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub. Bu gün Silahlı Qüvvələrimizin arsenalında ən müasir silahlar - hava hücumundan müdafiə sistemləri, tank və digər zirehli texnikalar, pilotsuz uçuş aparatları, hədəfləri yüksək dəqiqliklə müəyyənləşdirən və məhv edən qurğular və s. cəmləşib. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi bir daha təsdiqlədi ki, Azərbaycan ordu quruculuğunda innovativ texnologiyalardan daha geniş istifadə edib. Ordumuzun peşəkar kadrlarla təchizatı da kifayət qədər yüksək səviyyədədir. Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında son 17 ildə ölkəmizdə ordu quruculuğunun geniş vüsət almasından bəhs edərək vurğulayıb: “Biz danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq. Bütün bu 17 il ərzində bizim əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Biz bir ölkədən asılı olmamaq üçün bu texnikanı bir çox mənbələrdən almışıq”.
Eyni zamanda, qısa müstəqillik tarixində Azərbaycanın yerli müdafiə təyinatlı sənaye quruculuğuna nail olması, təxminən mindən çox hərbi təyinatlı məhsul istehsalını mənimsəməsi son dərəcə qürurverici haldır. Ölkəmizdə hərbi-sənaye kompleksinə aid müxtəlif müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur. Qeyd edək ki, 2005-ci ildən bəri ölkənin hərbi-sənaye kompleksində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi dəfələrlə artıb.
Hazırda Azərbaycan ordu quruculuğu baxımından dünyanın güclü ölkələrindəndir. Bu, nüfuzlu beynəlxalq reytinq agentliklərinin də hesabatlarında öz əksini tapıb. Həmin reytinq agentliklərinin dəyərləndirmələrinə əsasən, Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Belə güclü Ordu isə ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qarantı rolunda çıxış edir. Müstəqil Azərbaycanın dünyanın ən güclü ordularından birinə malik olması, heç şübhəsiz, xalqımızın qürur mənbəyidir.
Rəşadətli Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərdi
Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Qələbə sayəsində üç onillik ərzində işğal altında qalmış torpaqlarımız azad olundu və beləliklə, tarixi ədalət öz yerini tapdı. Bu böyük qələbənin sevincini xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə yerinə yetirən rəşadətli Silahlı Qüvvələrimiz yaşatdı. Prezident İlham Əliyev Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradındakı çıxışında Silahlı Qüvvələrimizin Vətən müharibəsində qazandığı Qələbədən qürur hissi ilə söhbət açaraq vurğulayıb ki, hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. “Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”, - deyə dövlətimizin başçısı bildirib.
Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. İşğaldan azad olunan ərazilərdə çəkilən foto və video materiallardan görünür ki, torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də, necə deyərlər, əngəl yaradan amil idi. Ermənistanın hərbi birləşmələri işğala məruz qalan ərazilərimizdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular. Bu yüksəkliklərdən isə ətrafdakı bütün ərazilər aydın görünürdü. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu möcüzə göstərdi və 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Xatırladaq ki, Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. İşğalçı Ermənistan həmin Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında Ordumuzun XXI əsrin müharibəsini apardığını qürur hissi ilə nəzərə çatdırıb. “Biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Vətən müharibəsində Ordumuzun şəxsi heyətinin nümayiş etdirdiyi qəhrəmanlıqlar iftixar mənbəyimizdir. Verilən məlumatlara görə, müharibənin davam etdiyi dövrdə düşmən ordusunda təxminən 10 min fərari qeydə alınıb. Azərbaycan Ordusunda isə belə bir hal yaşanmayıb. Azərbaycan dövləti və cəmiyyətimiz Ordumuzun əsgər və zabitlərinin Vətən müharibəsində göstərdikləri igidlikləri yüksək dəyərləndirir. Qeyd edək ki, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

