Gültəkin Hacıbəylidən növbəti ermənipərəst mövqe...
30.06.2021 [10:03]
Hər zaman milli maraqlara zidd mövqedə dayanan radikal müxalifət düşərgəsinin təmsilçiləri indi də işğaldan azad olunmuş ərazilərin bərpası, orada aparılan yenidənqurma, bərpa-abadlıq işləri, eləcə də Böyük Qayıdış planı ilə bağlı manipulyasiyalar etməyə çalışırlar. Bu mənada, “fəallığı” ilə seçilən Gültəkin Hacıbəyli də mütəmadi olaraq öz məkrli niyyətinə uyğun yalanlar yaymağa cəhdlər göstərir, qələbəmizə kölgə salmaq üçün dəridən-qabıqdan çıxır. Məsələn, xarici ermənipərəst dairələrin dəstəyi ilə yaradılmış internet kanalına müsahibə verən Gültəkin Hacıbəyli yenidən işğaldan azad edilmiş torpaqlara, daha dəqiq desək Şuşaya qayıdışla bağlı absurd iddialar səsləndirməklə cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd göstərib. Əslində, indiyə qədər istər Şuşada, istərsə də işğaldan azad edilmiş digər torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarda basdırdıqları minalar haqqında bir kəlmə belə danışmayan G.Hacıbəylinin birdən-birə məskunlaşma və qayıdış məsələsi ilə bağlı reallığa uyğun olmayan “fikir”lər səsləndirməsi heç də təsadüfi deyil. Yəni bu, onu göstərir ki, radikal ünsürlər xaricdəki ermənipərəst mərkəzlərdən növbəti sifariş alıblar.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, radikal müxalifət nümayəndələrinin Şuşa və digər işğaldan azad edilmiş regionlarda aparılan bərpa-quruculuq işlərinə qara yaxması, qayıdış və məskunlaşma ilə bağlı aparılan fəaliyyətə kölgə salmaq cəhdləri yolverilməzdir. Onun sözlərinə görə, Azərbaycan dövləti bu işləri yüksək təhlükəsizlik şəraiti yaratmaqla davam etdirir: “Həmin regionlarda ermənilər tərəfindən çoxsaylı minalar basdırılıb və ilkin mərhələdə bərpa-quruculuq işləri ilə paralel olaraq həm də minatəmizləmə işləri görülməkdədir. Bilindiyi kimi, ermənilər yalnız Ağdamda 97 min mina basdırıblar və onlar təmizlənməlidir. Bununla yanaşı, Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlara böyük qayıdışın reallaşması ilə bağlı mühüm addımlar atmaqdadır”.
Millət vəkili onu da deyib ki, radikal düşərgə təmsilçiləri məskunlaşma ilə bağlı manipulyasiya etməyə çalışması qərəzdən xəbər verir: “Görəsən, radikal müxalifət təmsilçiləri bir dəfə də olsun erməni vandalizmi və ya işğaldan azad edilmiş torpaqlarda ermənilərin basdırdıqları minalarla bağlı açıqlama veriblərmi? Bu fakt öz yalanları ilə Azərbaycanın həyata keçirdiyi məqsədyönlü tədbirlərə qara yaxmağa çalışanların məhz erməniləri himayə edən dairələrin sifarişləri ilə danışdıqlarının göstəricisidir”.
Milli Məclisin deputatı Vüqar İskəndərov da radikalların yalan kampaniyalarının xaricdəki ermənipərəst mərkəzlərin tezisləri ilə eynilik təşkil etdiyini dilə gətirib. Onun sözlərinə görə, sosial şəbəkələrdə radikal müxalifətin apardığı kampaniyalardan bəlli olur ki, Azərbaycan dövlətinin 30 ilə yaxındır öz torpaqlarında yaşamaq hüququ əlindən alınmış insanların doğma yurd-yuvalarında təhlükəsiz yaşamasını təmin etməsi bir erməni revanşistlərini, bir də radikal müxalifəti narahat edir: “Dövlətimiz işğaldan azad olunmuş şəhər və rayonlarımızın bərpası ilə bağlı planlı iş aparır. “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə işğaldan azad olunmuş ərazilərə böyük qayıdış üzrə dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya üzrə alt İşçi Qrup fəaliyyət göstərir. Erməni vandalizmi nəticəsində xarabalığa çevrilmiş həmin ərazilərimiz qısa zamanda dirçələcək və orada yaşamaq üçün infrastruktur yaradılacaq”.
Vüqar İskəndərov əlavə edib ki, bütün bu görülən işləri görməzdən gələn radikal müxalifət təmsilçilərinin davranışları onların dövlət, xalq mənafeyinə uyğun deyil, xarici sifarişlər əsasında fəaliyyət göstərdiklərini bir daha təsdiqləyir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

