/ / Elşən Musayev: Xarici diplomatların Şuşaya səfəri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir
Elşən Musayev: Xarici diplomatların Şuşaya səfəri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir
14.07.2021 [08:58]
“Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların rəhbərlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin Şuşaya səfəri həm mövcud vəziyyətin öyrənilməsi, həm də əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir. Xarici diplomatlar indiyədək Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Qubadlı və Ağdamda olublar. Bu dəfə isə onlar Şuşanı ziyarət etdilər və növbəti dəfə əyani şəkildə gördülər ki, erməni qəsbkarları 30 illik işğal dövründə necə vandallıq aktları, necə vəhşiliklər törədiblər, Azərbaycan xalqının maddi və mənəvi irsinə qarşı hansı talan və terror siyasətini yürüdüblər”. Bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev deyib.
E.Musayev bildirib ki, diplomatlar hər dəfə bu səfərlərdən sonra heyrətə gəlir, ermənilərin əsl simasını daha aydın görürlər. O vəhşi sima 30 il ərzində törədilən terrorlardan, dağıdıcılıq fəaliyyətindən çox dəqiq sezilir. Dərhal aydın olur ki, bu torpaqlar ermənilər üçün yad olub. Ona görə də 30 ildə daş üstə daş qoymayıblar, ancaq dağıdıblar, talan ediblər, oğurlayıblar. Ermənilərin cansız heykəlləri də gülləbaran etdiklərini vurğulayan deputat onların Azərbaycana aid məzarları dağıtdıqlarını, məscidləri təhqir etdiklərini, muzeyləri, kitabxanaları talana məruz qoyduqlarını bildirib.
Partiya sədrinin sözlərinə görə, indi artıq həmin torpaqlar işğaldan azad olunub: “Həmin torpaqlar indi nəfəs alır, dirçəlir. Qarabağda sürətli bərpa, yenidənqurma işləri aparılır. Qarabağ yenidən qurulur, yenidən öz gözəl simasına qayıdır. Bu isə Azərbaycan dövlətinin gücündən, potensialından xəbər verir”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

