/ / Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti ilə görüşüb
27.07.2021 [09:07]
İyulun 26-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlamentin sədri qonaqları səmimi salamlayaraq, Azərbaycanla Türkiyənin dost və qardaş ölkələr olduğunu vurğulayıb. Sahibə Qafarova deyib ki, xalqlarımız öz tarixlərinin ən çətin dönəmlərində bir-birilərinə həmişə dəstək nümayiş etdiriblər. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanır.
Görüşdə Sahibə Qafarova söyləyib ki, tarixi dostluq, strateji tərəfdaşlıq əsasında qurulan əlaqələrimiz bu gün yüksələn xətlə inkişaf etməkdədir. Dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli münasibətlər, mütəmadi təmaslar əlaqələrimizin daha da genişlənməsinə və inkişafına xidmət edir. Azərbaycan Prezidentinin müxtəlif beynəlxalq tədbirlərdə qardaş ölkəyə həmişə birmənalı dəstək verməsi, Vətən müharibəsi dönəmində Türkiyə dövlətinin və onun Prezidentinin ölkəmizə göstərdiyi mənəvi və siyasi dəstək bunun bariz sübutudur.
Spiker daha sonra hər iki ölkənin hakim partiyaları - YAP və AKP arasında münasibətlərə toxunaraq deyib ki, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əlaqələr ölkələrimiz arasında münasibətlərin inkişafına da əsaslı töhfələr verir.
Sahibə Qafarova Azərbaycanın və Türkiyənin qanunvericilik orqanları arasında da əlaqələrin daim inkişaf etdiyini vurğulayaraq, Milli Məclisin fəaliyyəti, ölkəmizdə yeni siyasi konfiqurasiyada parlamentdə həyata keçirilən islahatlar barədə qonaqlara ətraflı məlumat verib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuş ölkəmizə səfərlərindən və burada keçirilən görüşlərdən məmnun qaldıqlarını söyləyib. Qonaq 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycanın qazandığı tarixi Zəfər münasibətilə təbriklərini çatdırıb. Bildirilib ki, 30 il ərzində erməni işğalına göz yuman beynəlxalq qurumlar problemin həlli istiqamətində konkret addımlar atmayıb. Azərbaycan öz gücü ilə torpaqlarını Ermənistanın işğalından azad edib. Bu Zəfər təkcə azərbaycanlıları deyil, onların türkiyəli dostlarını da qəlbən sevindirib.
Qonaq təmsil etdiyi partiyanın YAP-la əlaqələrindən söz açaraq tərəflərin birgə həyata keçirdikləri layihələrdən danışıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da danışılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

