Qənimət Zahid-Əli Kərimli cütlüyü yenə də erməni təxribatına dəstək verir
28.07.2021 [08:58]
Bütün fəaliyyətləri boyu antimilli mövqedən çıxış edən radikal müxalifət düşərgəsi yenə də öz ampluasındadır. Bu düşərgə təmsilçiləri indi də həm 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbəni, həm də postmüharibə dövründə görülən bərpa-quruculuq işlərini hədəfə alıblar.
Bu kontekstdə sonuncu təxribatçı açıqlamalar isə Qənimət Zahidin bədnam “Azərbaycan saatı” kanalının verilişlərinin birində səsləndirilib. Belə ki, ekspert və qonaq sarıdan daim qıtlıq çəkən Q.Zahidin bu dəfə də Ə.Kərimli ilə “dueti” baş tutub. Dağıdıcı düşərgənin “ənənəsinə” sadiq qalan cütlük yenə də erməni təxribatına dəstək verməklə “fərqlənib”. Cütlüyün bu dəfəki “debatının” mövzusu da hər zaman olduğu kimi, dövlətimizin yürütdüyü siyasətin, uğurlarının başqa yöndən, düşmənə xas şəkildə şərh edilməsi üzərində qurulub. Anlaşılan odur ki, radikal düşərgə təmsilçiləri “düşmən dəyirmanına su tökmək” üçün dəridən-qabıqdan çıxırlar. Belə ki, aparıcı ekspert və analitiklər dövlət başçısının Rusiyaya işguzar səfərinin Azərbaycan-Rusiya arasında iqtisadi, siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər vəd etdiyini söylədiyi halda, Ə.Kərimli tamamilə əsassız fikirlər səsləndirib.
Əslində, istər bu cütlüyün, istərsə də, ümumilikdə, dağıdıcı düşərgə təmsilçilərinin niyə belə etdikləri hər kəsə yaxşı bəllidir. Onlar sadəcə olaraq xarici ağalarından aldıqları sifarişə uyğun “danışırlar”. Lakin bu danışığın əsassız və ölkəmiz əleyhinə olduğu bəllidir.
Çünki dövlət başçısının Rusiyaya işgüzar səfəri zamanı regional, təhlükəsizlik və digər məsələlər üzrə hər iki dövlətin mövqeyinin üst-üstə düşməsinin müşahidə olunması, Azərbaycan və Rusiya prezidentləri arasında səmimi, konstruktiv və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş müzakirələrin aparılması düşmənlərimizi narahat edir. Elə regionda daimi sülhün bərqərar edilməsi üçün Azərbaycan və Rusiyanın 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirmələri də Ermənistanı və xaricdəki ermənipərəst dairələri ciddi şəkildə narahat edir. Beləliklə, görünən odur ki, onlar radikal müxalifətə və düşərgənin xaricdəki uzantılarına yeni sifarişlər veriblər.
Elə məlum duetdə Zəngəzur dəhlizinin açılması məsələsinə də düşmənlərimizin tərzində yanaşma ortaya qoyulması bunu bir daha təsdiqləyir. Bəlli olduğu kimi, dövlət başçısının Rusiyaya işgüzar səfəri zamanı məhz Ermənistan tərəfindən Zəngəzur dəhlizinin reallaşdırılmasına süni əngəl törətmək cəhdinin qarşısının alınmasının yolverilməzliyi vurğulanıb. Amma göründüyü kimi, radikallar bu mövqeyi təqdir etməkdənsə, düşmən “havasına oynayırlar”. Daha doğrusu, radikallar 10 noyabr 2020-ci il razılaşmasının icrasına maneə yaratmaq istəyən xarici ermənipərəst mərkəzlərin cəhdlərinə dəstək mövqeyindən çıxış edirlər.
Bir sözlə görünən odur ki, Qənimət Zahid-Əli Kərimli cütlüyü yenə də erməni təxribatına dəstək verir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

