Ermənistan ağır sosial-iqtisadi problemlərlə qarşı-qarşıya...
24.08.2021 [09:50]
İkinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanda sosial-iqtisadi vəziyyət kifayət qədər ağırdır. Yerli ekspertlər bunu Ermənistan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin aşağı səviyyədə olması ilə əlaqələndirirlər. Bildirilir ki, Ermənistan iqtisadiyyatı ekstremal hallarda baş verən dəyişikliklərə hər hansı bir adekvat reaksiya vermək gücündə deyil. Buna görə də kənar və yaxud gözlənilməz təsirlər ölkədə uzunmüddətli mənfi proseslərlə müşayiət olunur. Bu mənada, İkinci Qarabağ müharibəsinin Ermənistan iqtisadiyyatına təsirləri də istisna təşkil etmədi. Müharibə dövründə açıq-aydın hiss olunurdu ki, işğalçı ölkənin iqtisadiyyatı artan xərcləri kompensasiya etmək iqtidarında deyil və hökumətin fors-major halları idarə etməklə bağlı planları yoxdur. Buna görə də məğlub Ermənistan dərin sosial-iqtisadi problemlər məngənəsindən çıxa bilmir.
Müharibə başa çatdıqdan sonra N.Paşinyan hakimiyyəti müxtəlif manipulyasiyalarla, o cümlədən də seçki ajiotajı ilə əhalinin diqqətini sosial-iqtisadi problemlərdən yayındırmağa çalışırdı. Bu kimi manipulyasiyalar parlamentin formalaşdığı mərhələdə işə yaradı. Ölkənin Koçaryan, Sarkisyan dönəmlərindən bəri bütün hakimiyyətlərindən, o cümlədən də Paşinyan iqtidarından narazı olan elektorat seçkilərdən sonra proseslərin müsbət istiqamətə yönələcəyinə az da olsa ümid bəsləyirdi. Lakin möcüzə baş vermədi. Ermənistan cəmiyyəti hazırda İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətin acı fəsadlarını hər ötən gün daha dərindən hiss edir. Bu gün inflyasiya və qiymət artımı Ermənistan cəmiyyətinin, necə deyərlər, başının ağrısına çevrilib. Ermənistan statistika komitəsinin məlumatına görə, iyul ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətləri 13,5 faiz artıb. Bu, 1990-cı ildən sonra ən yüksək göstəricidir. Bitki yağları və şəkər kimi idxal olunan digər malların qiymətləri son aylarda ikiqat artıb. İyul ayında çörəyin qiyməti 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz, yağ 15,9 faiz, qənd 39,4 faiz, yumurta 51,3 faiz, konservləşdirilmiş süd 10,4 faiz, tərəvəz isə 53 faiz bahalaşıb.
Ermənistan KİV-i yazır ki, müxtəlif amillər bu ölkədə məhsul istehsalına da mənfi təsir göstərib. Yeri gəlmişkən, bu günlərdə erməni fermerlər Eçmiədzin-Aştarak yolunu bağlayıblar. Onlar suvarma suyu tələb edirlər. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Aksiyaya eyni tələblə çox sayda fermer qatılıb. Məsələ ondadır ki, Armavirin su təchizatı idarəsi zamanında fermerləri suvarma suyu ilə təmin edəcəyi vədini versə də, buna əməl etmir. Fermerlər bildirirlər ki, məhsul susuzluqdan yanır və onlar ciddi itkilərə məruz qalırlar. Uzun çəkən danışıqlardan sonra aksiyaçılar yolu açıblar. Ancaq onlar bildiriblər ki, verilən vədlər yerinə yetirilməyəcəyi təqdirdə, daha ciddi tədbirlərə əl atacaqlar.
Bununla yanaşı, məğlub ölkədə ayrı-ayrı tələblərlə keçirilən müxtəlif etiraz aksiyaları davam edir. Bu isə Ermənistanın həm ictimai-siyasi kataklizmlərlə qarşı-qarşıya olduğunu, həm də məğlub ölkədə sosial-iqtisadi problemlərin dərinləşdiyini göstərir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

