/ / Azərbaycan postmüharibə dövründə regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün mühüm təşəbbüslərlə çıxış edir
Azərbaycan postmüharibə dövründə regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün mühüm təşəbbüslərlə çıxış edir
24.08.2021 [09:55]
Prezident İlham Əliyev: Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir
Milli maraqlara əsaslanan siyasət həyata keçirən, regional və qlobal əməkdaşlığın dərinləşməsinə davamlı töhfələr verən Azərbaycan inkişafının bütün mərhələlərində özünün strateji baxışlarını açıq şəkildə bəyan edir. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsindən əvvəl Prezident İlham Əliyev müxtəlif yerli və xarici auditoriyalar qarşısında, transmilli media qurumlarına verdiyi çoxsaylı müsahibələrində Azərbaycanın gündəliyinin əsas məsələsinin təxminən üç onillik ərzində düşmən nəzarəti altında qalan torpaqların işğaldan azad edilməsi ilə bağlı olduğunu qətiyyətlə bildirirdi. Azərbaycan bu hədəfinə Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində nail oldu. Möhtəşəm qələbə qazanaraq özünün ərazi bütövlüyünü təmin edən respublikamız regionda yeni reallıqlar yaradıb. İndiki mərhələdə ölkəmizin qarşısında yeni çağırışlar durur. Prezident İlham Əliyev bir qədər bundan əvvəl “CNN Türk” televiziya kanalına müsahibəsində postmüharibə dövrünün reallıqları fonunda Azərbaycanın hədəflədiyi yeni milli-strateji məqsədləri diqqətə çatdırıb.
Qalib Azərbaycan bölgədə sabitliyin təmin olunmasında qətiyyətli mövqe sərgiləyir
Sirr deyil ki, təxminən üç onillik ərzində davam edən və 44 günlük müharibədə Azərbaycanın qazandığı şanlı Zəfər sayəsində artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaradırdı. Öz havadarlarının dəstəyinə arxalanan, apardığı işğalçılıq siyasətinə görə cəzalandırılmayan Ermənistan sülh danışıqlarında hansısa bir pozitiv məqam yarananda dərhal yeni silahlı təxribatlara əl atırdı. İşğalçı dövlətin rəsmiləri hətta “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları səsləndirməkdən belə çəkinmirdilər. İşğalçı Ermənistanın silahlı təxribatları yalnız Ordumuza deyil, həm də münaqişə bölgəsindən uzaqda yerləşən şəhər və kəndlərimizə, sıravi vətəndaşlarımıza, mülki infrastruktura qarşı yönəlirdi. Mənfur düşmən belə çikin vasitələrlə Azərbaycan torpaqlarının işğalı faktını sonsuzadək uzatmağa çalışırdı.
Vətən müharibəsində düşmənə layiqli dərs verən, onu cəzalandıraraq diz üstə çökdürən Azərbaycan isə yeni mərhələdə də regionda sülhün, sabitliyin və təhlükəsizliyin tam təmin olunması tərəfdarı kimi çıxış edir. Ölkəmizin postmüharibə dövründə strateji təşəbbüslərlə çıxış etməsi regionda sabitliyə və təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına hesablanıb. Müharibədən sonra Azərbaycan öz mövqeyini dəfələrlə diqqətə çatdırıb. Respublikamız Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Yuxarıda bəhs etdiyimiz müsahibəsində bu xüsusda fikirlərini bir daha ifadə edən Azərbaycan Prezidenti İlham Əliyev “Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq”, - deyə bildirib.
Belə görünür ki, müharibədə acınacaqlı məğlubiyyətlə üzləşən Ermənistan hələ də sülhə hazır deyil. Bu ölkədə baş qaldıran revanşist qüvvələr müharibənin nəticələri ilə barışmaq, reallığı qəbul etmək istəmirlər. Onlar xülyalarla yaşayaraq Azərbaycandan qisas alacaqlarını düşünürlər. Bu gün Ermənistana məxsus silahlı birləşmələrin tez-tez təxribat törətməsi bu ölkənin sülh mövqeyindən uzaq olduğunu açıq şəkildə təsdiqləyir. Azərbaycanın qəti tələbi belədir ki, bu kimi hallara son qoyulmalıdır. Respublikamızın sülh istəyini bir daha diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Biz bunu istəyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir”.
Zəngəzur dəhlizinin yaradılması regionda çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir
Yeri gəlmişkən, regional təhlükəsizlik və əməkdaşlıq kontekstində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də Zəngəzur dəhlizinin yaradılmasıdır. Bu, postmüharibə dövrünün əsas prioritetlərindən biridir. Qalib Azərbaycan bölgədə kommunikasiyaların açılmasına böyük önəm verir. Yeri gəlmişkən, bununla bağlı müddəalar ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatda da təsbit olunub. Sözügedən sənədin 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Sənəddə o da qeyd olunub ki, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. Eyni zamanda, cari il yanvarın 11-də Moskvada imzalanan yeni üçtərəfli Bəyanat da bu baxımdan xüsusi vurğulanmalıdır. Azərbaycan yeni yaradılacaq kommunikasiya bağlantısına “Zəngəzur dəhlizi” adını verib və bu ad beynəlxalq miqyasda qəbul olunub. Prezident İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm də avtomobil yolu olmalıdır. Biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçə bilərik.
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Bu dəhlizin yaradılmasının siyasi və iqtisadi önəmi kifayət qədər böyükdür. Yeni dəhliz Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında bağlantı yaradacaq. Beləliklə, Naxçıvanın blokadasına son qoyulacaq. Azərbaycan torpağı olan Zəngəzurdan keçməklə yaradılacaq nəqliyyat-kommunikasiya dəhlizi yalnız respublikamızın deyil, həm də bütün region dövlətlərinin maraqlarına cavab verir. Perspektivdə yeni dəhliz Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Bundan başqa, Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı mümkün olacaq. Eyni zamanda, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı yaranacaq. Həmçinin indiyədək dalan ölkə kimi bütün investisiya cəlbediciliyini itirən Ermənistan da yeni dəhlizin yaradacağı imkanlardan bəhrələnə bilər. Buna diqqət çəkən Prezident İlham Əliyev “Hesab edirəm ki, Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq”, - deyə bildirib.
Qeyd edək ki, artıq Azərbaycan ərazisində Zəngəzur dəhlizinin yaradılması istiqamətində işlərə start verilib. Belə ki, Prezident İlham Əliyevin iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlqoyma mərasimi keçirilib və hazırda layihə icra mərhələsindədir. Vurğulamaq yerinə düşər ki, Horadiz-Ağbənd dəmir yolu bəhs olunan dəhlizin əsas komponentlərindən biridir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30

