Öküzün altında buzov axtaran baytar “jurnalist”
29.10.2021 [09:49]
II kapitulyasiyadan niyə narahatdır?
Yalan danışmayacağam, Sevinc Osmanqızının son çıxışına bu dəfə oturub ədəb-ərkanla qulaq asmışam. Çünki mənə maraqlıydı, o, Türkiyə Prezidenti cənab Ərdoğanın Füzuli hava limanının açılışında iştirakını, Zəngilanda Azərbaycan Prezidenti ilə səsləndirilən birgə bəyanatları, Füzuli Beynəlxalq Hava Limanının açılışını hansı şəkildə, hansı rakursdan şərh edəcək. Ağ qatığa qara demək özü də bir hünərdir, həm də hər adamda olmayan hünər. Bunun üçün gərək yaradılışın fərqli ola, gərək vicdanın ruhunda deyil, cibində yerləşə.
Sevinc Osmanqızı öncə cənab Ərdoğanın növbəti dəfə Qarabağa ayaq basmasını mühüm hadisə kimi şərh eləsə də, havasını həmişəki notlarda çalmağa davam elədi - Sən demə Qarabağ əldən gedirmiş, bizimsə bundan xəbərimiz yoxdur. Sən demə Zəngəzur dəhlizinin açılması da, əslində, bir fəlakət imiş, bizimsə bundan da xəbərimiz yoxdur. Ən dəhşətlisi isə o imiş ki, biz Türkiyəni susmağa məcbur edirmişik. Aman Allah, bizimsə heç bundan da xəbərimiz yoxdur! Sevinc Osmanqızı olmasa, heç vaxt da xəbər tutmayacaqmışıq.
Sonra Osmanqızı İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan arasında Moskvada keçirilməsi nəzərdə tutulan görüş barədə (görüşün nə zaman olacağına dair hələlik heç bir rəsmi açıqlama yoxdur) qorxulu nağıllar danışıb, bu görüşün əsla Azərbaycanın xeyrinə olmayacağını vurğuladı. Bununla da qane olmayıb, Türkiyənin bir top kimi kənara atıldığını, bu vəziyyətin Türkiyənin xoşuna gəlmədiyini, üstəlik, Ərdoğanın İlham Əliyev tərəfindən başqa şəkildə danışmağa məcbur edildiyini qeyd etdi.
Sevinc Osmanqızı Ərdoğanın çıxışı zamanı “Əgər Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq firavan gələcəyi kiçik hesablara və daxili siyasətə qurban vermək vaxt itkisi mənasına gələcək. Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək, əlbəttə ki, mümkündür. Türkiyənin də davamlı sülhün yaradılması istiqamətində atılacaq hər müsbət addımın qarşılığını eyni konstruktiv anlayışla verəcəyini bir daha xüsusi vurğulayıram” deməsini Qarabağın kəsilib atılması, 30 ildən bu yana davam edən ritorikanın dəyişməsi. Rusiyaya satılmaq kimi dəyərləndirdi.
“Bəs biz 3000 şəhidi ona görə vermişdik ki, bu gün Ermənistan üzərindən təyyarələrimiz uçsun, Zəngəzur dəhlizi ilə avtomobillər hərəkət etsin? İqtisadi yüksəlişlər yaşansın?”, - deyə jurnalist xanım sual verir. Ən böyük sülh böyük savaşlar hesabına qazanılır. Amma bu savaşlar əbədi davam etməli deyil. Sevinc Osmanqızı, 3000 şəhid yetmədi, sayları daha da artsınmı deyirsən?
Sevinc Osmanqızı Zəngəzur dəhlizinin açılması kimi mühüm bir hadisəni saqqal darağı adlandıraraq, “başımız Qarabağdır, Qarabağ problemi isə həll olunmayıb” deyir. Bizim başımız yerindədir, Sevinc Osmanqızı, bu qədər gözəllikləri görə bilmirsinizsə, sizin başınızın dərdi həqiqətən böyükdür.
Dərdi başından böyük Sevinc Osmanqızı öz fikirlərini bu və ya digər şəkildə təkzib edərək, gah deyir ki, üç ölkənin rəhbərlərinin görüşü barədə xəbərlər verilmir, bu barədə o Ermənistan mətbuatında yazılanları analiz edərək belə qənaətə gəlir, gah deyir, bu xəbər ictimaiyyətdən qəsdən gizlədilir, görüş keçiriləcək, həm də bizm xeyrimizə olmayacaq, gah da deyir belə xəbərlər qəsdən sızdırılır ki, cəmiyyətin hadisələrə reaksiyasını öyrənmək mümkün olsun. O deyir ki, hazırda Ermənistan cəmiyyəti bu kimi xəbərlər içərisində çalxalanır. Hətta bu görüş xəbərindən sonra ermənilər arasında Paşinyanın II kapitulyasiya sənədini imzalayacağını deyənlərin olduğunu da Sevinc deyir. (Özlüyündə bir təzad. Ermənilər bu görüşün öz xeyirlərinə olmayacağını bildirirlərsə, deməli bizim xeyrimizədir).
“Bizdə isə sakitlikdir. Bircə nəfər də etiraz edən yoxdur”. Az qalır desin ki, “Niyə o əjdahadan bizdə yoxdur?” Belə çıxır ki, Osmanqızına xaos, etiraz, müharibə lazımdır. Deyir, ermənilər daha aktiv cəmiyyət olaraq hər kəlməni, hər məqamı müzakirəyə çıxarırlar, biz isə susmuşuq. Narahat deyilik, çünki ermənilər məğlub, biz qalibik. Onlar Paşinyana etimad etmirlər, biz sona qədər prezident İlham Əliyevə güvənirik. Üstəlik, qələbədən sonra bu güvən, sevgi, etimad birə min artıb. Səbəb bu qədər bəsit. Bizdə niyə qarışıqlıq olmalıdır? Niyə olsun axı? Hər kəs başını salıb aşağı, öz işiylə məşğuldur. Heç kim sizin kimi öküzün altında buzov axtarmır.
Türkiyə hansısa layihədən kənarlaşdırılacaq, hər sözü ilə dünyaya meydan oxuyan Ərdoğan da buna susacaq? Sevinc Osmanqızı prezidentlərin media qarşısında çıxışları zamanı demək olar ki, hər cümlənin “qardaşım” kəlməsiylə başladığını eşitmədimi?
Sevinc Osmanqızı Azərbaycan hakimiyyətini gah Rusiyaya, gah İrana işləməkdə ittiham elədi. Bununla da yetmədi, gah dedi, indiki hakimiyyət gücünü itirib, gah dedi Azərbaycan Türkiyə modelinə keçəcək, hakim partiya hansısa müxalifət partiyası ilə blok yaradıb, hakimiyyətdə qalmağa can atacaq. Qısası, Sevinc Osmanqızının uzun cəfəngiyyatının qısa xülasəsi bunlardan ibarət oldu.
Yenə qulaq asardım, amma nə başım, nə də qulaqlarım bu sərsəmləmələri daha artıq qəbul edə bilmədi. Onun “moizələrinin” daimi izləyicilərinə şəfa diləyirəm.
İ.Rəsul
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05

