/ / Düşmən ölkə müsəlmanlığa qarşı nifrətini gizlətməyib - Məscidlər və qəbristanlıqlar təhqir edilib
Düşmən ölkə müsəlmanlığa qarşı nifrətini gizlətməyib - Məscidlər və qəbristanlıqlar təhqir edilib
28.11.2021 [19:11]
Azər Badamov: Tarixi, dini, mədəni abidələrimizə qarşı aparılan terror siyasəti erməni mənəviyyatsızlığının bariz sübutudur
Əsli Kazımova: Bu, ermənilərin dünya müsəlmanlarına qarşı nifrətini nümayiş etdirir
Dünyada multikulturalizm nümunəsi sayılan Azərbaycanda bəşəri dəyərlər hər zaman yüksək qiymətləndirilir. Bununla yanaşı, ölkəmizdə hər zaman bütün dinlərə məxsus tarixi-dini abidələrin qorunması, onlara diqqət və qayğı göstərilməsi aktuallıq daşıyıb. Vurğulanmalıdır ki, 44 günlük Vətən müharibə Ermənistanla bağlı daha bir həqiqəti dünya ictimaiyyətinə təqdim etmiş oldu. Ötən 30 il ərzində bütün mədəni, dini, irsi, o cümlədən tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıb və təqhir edilib. Erməni vandalizminin qurbanına çevrilmiş bu abidələrə qarşı əsl soyqırımı həyata keçirilib. Prezident İlham Əliyevin bildirdiyi ki, ermənilər bu abidələri özününküləşdirməyə çalışsalar da, buna nail ola, həmin abidələrdən Azərbaycanın tarixi izini silə bilməyiblər.
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan uğurlu bərpa-quruculuq işləri mədəni-dini, tarixi abildələrimizi də əhatə edir. Ermənistan tərəfindən bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində yerlə-yeksan edilmiş məscidlərimiz, qəbiristanlıqlarımız bərpa olunur. Ən əsası isə, bu bərpa prosesində də fərq qoyulmadan bütün dinlərə məxsus abidələr yenidən qurulur. Nəzərə alınmalıdır ki, faşist mənəviyyata malik ermənilər 30 ilə yaxın bir müddətdə Azərbaycanın dini tarixi abidələrini, məscidləri təhqir etmişdilərsə, Azərbycan dövləti bu məscidlərlə yanaşı xristian dininə məxsus abidələri də bərpa edir, qoruyur.
Məsələ ilə bağlı fikirlərini bölüşən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Ermənistanın 30 ilə yaxın davam etmiş işğalçılıq siyasəti nəticəsində işğal altında qalmış ərazilərimizdəki tarixi, dini, mədəni abidələrimizə qarşı aparılan terror siyasəti erməni mənəviyyatsızlığının bariz sübutudur. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi isə xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub: "Amma düşmənin bu cəhdi heç bir işə yaramadı. Azərbaycan dövləti öz torpaqları ilə yanaşı tarixi abidələrimizi də düşməndən azad etdi. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlarımıza səfərləri zamanı bu tarixi və mənəvi abidələrimizin bərpası ilə bağlı məsələlər diqqət mərkəzində olub".
Millət vəkili onu da vurğulayıb ki, ermənilər bu vəhşi addımı - məscidlərin təhqir edilməsi, qəbiristanlıqların dağıdılması bütün müsəlman aləminə qarşı nifrət zəminində baş verib. Bu mənada, ermənilərin apardığı terror siyasətinə qarşı bütün bəşəriyyət, ən əsası da müsəlman dövlətləri öz mövqeylərini açıq şəkildə bildirməlidirlər.
ASRP sədri Əsli Kazımova da Azərbaycan dövlətinin daima multikultural dəyərlərə hörmətlə yanaşdığı, bütün dinlərə məxsus tarixi abidələrin qorunması istiqamətində addımlar atdığını bildirib. Ə.Kazımova Heydər Əliyev Fondunun dünyanın müxtəlif ölkələrində tarixi-mədəni, dini obyektləri bərpa etməsini Azərbaycanın ümumbəşəri irsin qorunub saxlanmasına dəyərli töhfəsi kimi dəyərləndirib. Qeyd edib ki, 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızdakı tarixi-dini, mədəni abidələrimizin təcavüzə məruz qalması, təhqir olunması isə Ermənistanın vandal və faşist xislətindən xəbər verir: "Erməni işğalçılarının işğal etdikləri ərazilərdə bütün mədəni, dini obyektləri dağıtması, təhqir etməsi cinayətdir. Hətta qəbristanlıqlar belə erməni vəhşiliyinin qurbanına çevrilib. Şuşa şəhərində, Qubadlı rayonunda, Zəngilanda və digər bölgələrimizdəki məscidlər təhqirə məruz qalıb. Bu, insanlığa yaraşmayan addımdır. Ermənistan müharibə dövründə dinc insanları hədəfə almaqla hansı cinayəti törədibsə, işğal dövründə abidələrimizə qarşı da eyni barbar vəzşiliyi həyata keçirib. Bu, ermənilərin dünya müsəlmanlarına qarşı nifrətini nümayiş etdirir. Amma Azərbaycan dövləti bir daha öz gücünü, qüdrətini, qətiyyətini bütün dünyaya, o cümlədən Ermənistana nümayiş etdirdi. İşğaldan azad edilmiş ərazilərimizdəki məscidlərimiz əsaslı bərpa edilir. Ən əsası isə, dövlətimiz fərq qoymadan böütün dinlərə məxsus tarixi abidələri yenidən qurur, yaşadır".
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

