Oqtay Gülalıyevin ölüm xəbərini kim yayıb?
03.12.2021 [10:57]
Və ya həssas məqamlarda ictimai narazılıq və xaos yaratmaq kimin planıdır?
Nurlan
Biz müxtəlif ölkələrin timsalında həssas məsələlərdən istifadə edilərək süni gündəm formalaşdırmaq, gərginlik yaratmaq və sabitliyi pozmaq cəhdlərinin şahidi olmuşuq. Bu ssenarilər adətən toplumda, daha dəqiq desək, ictimai-siyasi palitrada özünə yer tapa bilməyən, sosial dəstəkdən - ictimai etimaddan məhrum olmuş, ona görə də radikallaşmış “qüvvə”lər tərəfindən həyata keçirilir. Bu mənada, Azərbaycan da istisna deyil.
“Siyasi pusqu”da duranlar kimlərdir?
Ölkədə istər real, istərsə də virtual müstəvidə, sözün əsl mənasında, “siyasi pusqu”da duranlar var: onlar xarakter etibarilə ziddiyyətdən qidalanan xaossevərlərdir. Hansısa hadisə və məsələ fonunda dərhal aktivləşərək dezinformasiya yaymağa, həmçinin qanunsuz hərəkətlərlə ictimai asayişi pozmağa cəhd göstərirlər. Mövzu seçimləri isə, belə demək mümkündürsə, cəmiyyəti zəif - incə yerindən vurmaq hədəfinə xidmət edir. Məsələn, sifarişlə hərəkət etdiyi şübhə doğurmayan bir qrup “qanunpərəst vətənpərvər”in Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya düşməsi nəticəsində həlak olanların dəfn mərasimi günündə qanunsuz aksiya keçirmələri məqsədyönlü təxribatdır. Üstəlik, onların aksiya zamanı siyasi məzmunlu müxtəlif şüarlar səsləndirmələri, qanunazidd çağırışlar etmələri niyyətin nə olduğunu aşkar edir: əlavə şərhə ehtiyac yoxdur. Əli Kərimli, Sevinc Osmanqızı, Qənimət Zahid, Gültəkin Hacıbəyli kimi “virtual siyasət qəhrəmanları”nın bu məsələni dövlətə və hakimiyyətə qarşı qara piar kampaniyasına çevirmək cəhdi isə bu “siyasi aksiya”nın kampaniya xarakteri daşıdığını, həmçinin onların “siyasət” anlayışının “dövlətə, hakimiyyətə qarşı” prinsipindən ibarət olduğunu göstərir.
Yeri gəlmişkən, Əli Kərimli dərhal fürsətbazlıq edərək Tofiq Yaqublunun sosial şəbəkədə yayılmış fotosundan iqtidara qarşı istifadə etməyə cəhd göstərib. O, ittihamları hakimiyyətə qarşı yönləndirməyə çalışsa da, məqsədinə nail ola bilməyib. Məsələn, bir çox sosial şəbəkə istifadəçiləri rəylərində eyni məntiqdən çıxış edərək bu hadisənin elə Əli Kərimlinin özü tərəfindən törədildiyini söyləyirlər. Bildirilir ki, o, siyasi xal qazanmaq və məsələdən faydalanmaq üçün belə üsula əl atıb...
Növbəti dezinformasiya...
İkinci məqama diqqət yetirək: bir müddətdir ki, müalicə olunan Oqtay Gülalıyevin ölüm xəbəri barədə elə həmin gün sosial şəbəkələrdə xəbər yayıldı. Bu da təsadüfi deyildi. Daha dəqiq desək, vaxt, tarix və məqam təsadüfən seçilməmişdi. Fərdi və ictimai hissləri alovlandırmaq istəyənlər qanunsuz aksiyadan sonra ikinci həmlə etmək üçün səfərbər oldular, belə bir dezinformasiya tirajladılar. Bəli, dezinformasiya, çünki həmin məlumatın yalan - saxta olması O.Gülalıyevin ailə üzvünün təkzibi nəticəsində məlum oldu. Bir sözlə, “yalan ayaq tutdu, amma yerimədi”.
Süni gündəm yaratmaq cəhdi baş tutmadı
Xaossevərlərin əllərindəki üçüncü və sonuncu kart isə sosial şəbəkənin imkanlarından istifadə edərək əks-təbliğat aparmaq idi. Ona görə də qanunsuz aksiyadan müxtəlif fotolar paylaşaraq, onlara siyasi rəng - məzmun verərək və paralel olaraq cəmiyyət üçün həssas mövzuları müzakirəyə çıxararaq virtual səhnədə “narazı vətəndaş kütləsi” görüntüsü yaratmağa çalışırlar. Məqsəd, gündəmi zəbt etmək və ya süni gündəm yaratmaqla ictimai-siyasi xaos ssenarisini bacardıqları qədər reallaşdırmaqdır. Amma unudurlar ki, siyasət “çirkin oyun” deyil, mənəviyyat işidir, əxlaq tələb edir. Ona görə də əxlaq çatışmazlığından əziyyət çəkənlər siyasətlə məşğul ola bilməzlər. Cəmiyyət isə “siyasi pusqu”da duranların kimliyini, niyyətini, mahiyyətini, həmçinin toplum üçün həssas məqamlardan istifadə edərək ictimai narazılıq və xaos yaratmaq planının kimə məxsus olduğunu yaxşı bilir...
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01

