Əli Kərimlinin siyasi savadsızlığı...
07.12.2021 [10:09]
Yaxud tarix və coğrafiya imtahanından “2”
Nurlan QƏLƏNDƏRLİ
Bu gün Azərbaycan xalqı nəinki 30 illik müstəqillik dövrünün, hətta çoxəsrlik dövlətçilik tarixinin ən şanlı - qürurlu səhifələrinin yazılmasına şahidlik edir. İkinci Qarabağ müharibəsində qazanılan qələbə nəticəsində tarixi ədalətin, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, şübhəsiz ki, zirvə hadisəsidir, Azərbaycanın qarşısında yeni perspektivlər açıb. Prezident İlham Əliyevin strateji yanaşması və prinsipial mövqeyi nəticəsində tarixi Zəfərimiz artıq daimi prosesə çevrilib, atılan addımlar Qələbənin siyasi-diplomatik müstəvidə möhkəmlənməsini təmin edir. Ona görə də işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdışa start verilməsi, Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin yaranması və digər mühüm amillər həm region dövlətlərinin, həm də bütün dünyanın diqqət mərkəzindədir. Paralel olaraq bölgədə kommunikasiyaların bərpası - Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi beynəlxalq ictimaiyyətin nəzərinin Azərbaycana və Cənubi Qafqaza yönəlməsinə səbəb olub...
Bütün bunlara rəğmən, özlərini “siyasətçi” obrazında görən və göstərən, amma siyasi utopiya aləmində yaşayan, fəaliyyəti virtual aləmdə siyasi şoumenlikdən ibarət olanlar hər vəchlə reallıqları təhrif etməyə çalışırlar. Məsələn, vaxtilə özünü “siyasi ekstrasens” zənn edərək “Azərbaycan münaqişənin həllinə nail olmayacaq”, - deyə bədbin, məkrli və qərəzli “öncəgörmə”lərlə çıxış edən AXCP sədri Əli Kərimli eyni missiyasını davam etdirir: o, “virtual əqidədaş”larının internet televiziyalarında yeni absurd iddia və yanaşmalarla çıxış edir. Xaricdən idarə olunan “Osmanqızı TV” “youtube” kanalında siyasi moizələr söyləyən Ə.Kərimli deyir ki, “Azərbaycan nə üçün Qarabağ məsələsini bir kənara qoyaraq Zəngəzur dəhlizinin yaradılması ilə məşğuldur?”. Yeri gəlmişkən, o, bir müddət öncə eyni “onlayn teatr səhnəsi”ndə Böyük Qayıdışı, Zəngəzur dəhlizinin reallaşdırılmasını “siyasi romantizm” adlandırırdı. Reallıqlar isə onun və Kərimli kimilərin geniş dünyadakı dar dünyagörüşünün sərhədlərini çoxdan aşıb, internet kanallarındakı dezinformasiya silahını zərərsizləşdirib - yalanlarını ifşa edib. Yəni artıq Zəngəzur dəhlizinin inşasına start verilib, Böyük Qayıdış təntənəli Zəfər yürüşünün bir halqasına çevrilib. Deməli, Azərbaycan onun və “siyasi yoldaş”larının iddia etdikləri kimi, Qarabağ məsələsini bir kənara qoymayıb, atılan addımlar Qarabağa yeni nəfəs və həyat gətirir, ölkəmiz strateji hədəflərinə doğru addım-addım irəliləyir. Ümumiyyətlə, Qarabağda bərpa-quruculuq işlərinin aparılması Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ilə bir-birini tamamlayan, paralellik təşkil edən prosesdir. Əli Kərimli kimi özünü “təcrübəli siyasətçi” adlandıran birinin bunu bilməməsi, yaxud qəbul etmək istəməməsi siyasi dərrakəsizlik və ya siyasi həzmsizlik sindromunun göstəricisidir...
O ki qaldı Zəngəzur dəhlizinin reallaşdırılmasının əhəmiyyətinə, bu, təkcə Azərbaycan üçün deyil, həm region xalqları və dövlətləri, həm də dünya siyasətində güc mərkəzi kimi çıxış edən ölkələr üçün strateji məsələdir. Çünki bu kommunikasiyanın açılması regionda iki əsrlik geosiyasi arxitekturanın dəyişilməsinə, Cənubi Qafqazın önəminin və statusunun artmasına səbəb olacaq. Yaradılacaq infrastruktur nəticəsində Zəngəzur nəqliyyat dəhlizi bir çox dövlətin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, mühüm iqtisadi mənfəət və siyasi dividend qazanmasını şərtləndirəcək. Bəhs olunan tendensiya və proseslər isə Azərbaycanın regional supergüc kimi beynəlxalq münasibətlərin gələcək inkişafında rolunun artacağını proqnozlaşdırmağa əsas verir.
Zəngəzur dəhlizinin reallaşmasının Azərbaycanın tarixində müstəsna hadisə olması isə inkaredilməz həqiqətdir. Xüsusi təfərrüatlara varmadan qeyd etmək lazımdır ki, bu, hətta əsl müstəqilliyin qazanılması qədər dəyərli - önəmli hadisədir, strateji şans və tarixi fürsətdir. Zəngəzur dəhlizinin açılması həm tarixi yaddaşın yenilənməsi, həm iqtisadi potensialın gücləndirilməsi, həm siyasi imkanların genişləndirilməsi, həm də strateji məsələlərin həlli baxımından böyük əhəmiyyət daşıyır. Əli Kərimli kimilərin isə bunun əksini iddia etmələri, Zəngəzur dəhlizindən, sadəcə tranzit məsələsi kimi bəhs etməyə çalışmaları onların həm siyasi savadsızlığını, həm də tarixi və coğrafi biliklərinin “2” səviyyəsində olduğunu göstərir. Əlavə şərhə ehtiyac yoxdur!
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

