“3+3”, yaxud “3+2” Diqqət Moskvada...
10.12.2021 [10:32]
Bu gün Rusiyanın paytaxtında “3+3” formatında regional əməkdaşlıq platformasının ilk iclası keçiriləcək
Nardar BAYRAMLI
İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin bərqərar olması üçün geniş imkanlar açır. Müharibənin başa çatmasından sonra bölgədə sülhün və əməkdaşlığın təmin olunması üçün bir sıra təşəbbüslər də irəli sürülüb. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülən “3+3” formatında regional əməkdaşlıq platforması böyük əhəmiyyət kəsb edir. Sözügedən platforma Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistan arasında iqtisadi, kommunikasiya əlaqələrinin qurulmasını nəzərdə tutur ki, bu da bütövlükdə regionun mənzərəsini əhəmiyyətli dərəcədə dəyişəcək.
Bölgə dövlətləri ötən bir il ərzində “3+3” formatında əməkdaşlıq platformasını dəstəklədiklərini bəyan ediblər. Yalnız Gürcüstan Rusiya ilə münasibətlərinin soyuq olması səbəbindən bu təşəbbüsə qoşulmayıb. Rusiya, İran və Ermənistan isə Azərbaycan ilə Türkiyənin təşəbbüsünü dəstəkləyib. Artıq təşəbbüsün reallığa çevrilməsi üçün praktiki addımlara start verilib. Belə ki, bu gün Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində regional əməkdaşlıq platformasının ilk iclası keçiriləcək. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək. Gürcüstan hələlik bu platformaya qoşulmadığı üçün görüş “3+2” formatında baş tutacaq.
Bu formatda ilk görüş regionun gələcəyi baxımından əhəmiyyətlidir
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, sözügedən formatda keçirilən ilk görüş regionun gələcəyi baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, format müharibədən sonra regionda kommunikasiyaların açılması, sülh dövrünün inşasının siyasi çətiri hesab edilə bilər: “Formata ilk dəstək verən ölkə Rusiya idi. İran əvvəlcə səssiz qalsa da, sonda razılaşdı. Hələ ki, Gürcüstan prosesdən kənarda qalmağı seçib. Bu, həm Rusiya ilə münasibətlərə, həm də Qərbin Gürcüstan üzərindən bölgədə həyata keçirmək istədiyi siyasətə görədir. Lakin fikrimcə, rəsmi Tbilisi sonda bu prosesə qoşulacaq. Gürcüstan rəsmiləri də dolayısı ilə bunu təsdiqləyirlər. Çünki regionda yeni əməkdaşlıq platforması yaradılırsa, bundan kənarda qalmaq Gürcüstanın gələcək maraqlarına uyğun deyil. Ona görə də, ilk görüş “3+2” formatında keçirilsə də, gələcəkdə “3+3” formatının reallaşacağına inam böyükdür. Bizim maraqlarımız fonunda ən əsas olan Ermənistanın prosesə qoşulmasıdır. Əslində, Ermənistanın gələcək mövcudluğu üçün başqa yolu yoxdur, xüsusilə sosial-iqtisadi vəziyyət baxımından. Çünki müharibədən sonra regionda dəyişən vəziyyət Ermənistanın təcridini dərinləşdirir. Bu ölkənin biri İran, digəri Rusiya olmaqla xaricə çıxışı iki istiqamət üzrədir. Gorus-Qafan yolunun 21 kilometrliyi Azərbaycanın suveren ərazisinə düşdükdən və orada nəzarət-buraxılış məntəqələri qurulduqdan sonra İranla yük daşımaları böyük ölçüdə Azərbaycanın nəzarətinə keçib. Ermənistanın təqdim etdiyi alternativ yollar isə əlverişsizdir. Rusiya ilə daşımaların həyata keçirildiyi Lars yolu isə hər qış keçilməz olur. Müharibənin ağır nəticələri də erməni diasporu ilə Paşinyan hakimiyyəti arasında qarşıdurmaya səbəb oldu və bu, diasporun ianələrində də azalmalara gətirib çıxarıb. Bu baxımdan, Ermənistan qısa müddətdə kommunikasiyaların açılmasında maraqlıdır. Həmçinin “3+3” formatında iştirakla Türkiyə ilə sərhədin açılmasına, Qərbə çıxış imkanı əldə etməyə çalışır”.
Ermənistanın əməkdaşlıq formatına gəlməsi sülh sazişinin imzalanmasını sürətləndirəcək
Həmsöhbətimiz qeyd edib ki, bu reallıq Ermənistanı Azərbaycanın əsas proqramı olan sülh sazişini imzalamağa məcbur edən səbəblərdən biridir: “Fikrimcə, Ermənistanın təklif olunan əməkdaşlıq formatına gəlməsi sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılması, yekunda da sülh sazişinin imzalanmasını sürətləndirəcək. Çünki bu formatda iştirak qarşılıqlı əlaqələrin qurulmasını zəruri edir. Qarşılıqlı əlaqələrin qurulması da Azərbaycanın şərtlərinin qəbul edilməsindən keçir. Bu formatda ilk görüşün keçirilməsi, həm də müharibədən cəmi bir il sonra Azərbaycanın regionda yaratdığı reallığın nəticə verməsi deməkdir. Bu formatın yaradılması təşəbbüsü Azərbaycan və Türkiyəyə məxsusdur. Bakı və Ankara bununla bütün region ölkələrinə yeni imkanlar açır, o cümlədən postmünaqişə dövrünün inşası üçün əhəmiyyətli platforma qurur”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

