Türkiyə hərbçiləri Laçın dəhlizinə nəzarət edə bilərlər
06.01.2022 [10:02]
Hulusi Akarın Zəngəzur və Laçın dəhlizi açıqlaması nəyi ifadə edir?
Nardar BAYRAMLI
Bu günlərdə Türkiyənin müdafiə naziri Hulusi Akar Cənubi Qafqaz regionu ilə bağlı maraqlı açıqlamalar verib. O qeyd edib ki, Ermənistan tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin sülh çağırışlarına müsbət cavab verməlidir. Çünki bunun ən böyük faydası Ermənistana olacaq. Əsas hədəf Qafqazda sülh və sabitliyin təmin edilməsidir. “Arzumuz budur ki, Qafqazda sülh, sabitlik, əmin-amanlıq mühiti yaransın. Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq”, - deyə Türkiyənin müdafiə naziri vurğulayıb.
Hulusi Akarın bu açıqlamasında “Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq” fikirləri diqqəti cəlb edir. Maraqlıdır, söhbət hansı müzakirələrdən gedir?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Bakı və Ankara Zəngəzur dəhlizinin “dəhliz” məntiqi ilə açılmasında maraqlıdır, lakin İrəvanın bundan imtina etməsi prosesi Brüssel masasına qədər daşıdı. Avropada əldə olunan razılaşma ilə tərəflər dəmir yolu və avtomobil yolunun inşası ilə bağlı anlaşdılar. Bu razılaşmanın praktiki mərhələdə işləyəcəyi hələ də sual altında olsa da, mövcud vəziyyət dəhlizlər məsələsinə yenidən baxmağa vadar edir.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə “dəhlizə dəhliz” məntiqini irəli sürdü və Zəngəzurda dəhliz olmayacaqsa, Laçında da olmayacağını bəyan etdi: “Bu gediş Laçında nəzarəti əldən vermək istəməyən və Zəngəzur yoluna da nəzarət etmək istəyən Moskvanı dilemma qarşısında qoyur. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko kommunikasiyanın açılması üzrə vahid sənədlər paketi üzərində yenidən işlənildiyini açıqladı. Bu o deməkdir ki, 10 noyabr bəyanatının 9-cu bəndinə və 11 yanvar razılaşmasına yenidən baxılır və mümkündür ki, Brüssel razılaşmasına uyğunlaşdırılır. Moskva tərəflərin mövcud istəklərini nəzərə almaqla yanaşı, hər iki dəhlizdə hansısa formada mövcudluğunu saxlamağa da çalışacaq. Hərçənd ki, rəsmi İrəvanın Zəngəzurda “dəhliz” məntiqindən imtinası, Bakının Laçın dəhlizi ilə bağlı şərti Moskvanı tərəflərə müəyyən güzəştə getməyə də məcbur edir. Hər iki tərəfin istəyində israrlı olması üçün alternativləri də var - Ermənistan üçün Avropa İttifaqı, Azərbaycan üçün Türkiyə. Və Rudenkonun açıqlaması Moskvanın öz təsirini saxlamaq şərti ilə ortaq məxrəci tapmağa çalışdığından, Akarın açıqlaması Türkiyənin də prosesdə aktiv iştirakçı olduğundan xəbər verir. Birincisi, Bakı və Ankara Zəngəzur yolunun “dəhliz” məntiqi ilə açılmasını istəyir. İndi top Moskvadadır, ruslar İrəvanı razı sala bilməyəcəyi təqdirdə, Laçın dəhlizində postun qurulması əsas şərtdir. İkincisi, Rusiya postun qurulmasına qarşı çıxacaqsa, Laçın dəhlizində türk hərbçilərinin də ən azı zabit heyəti ilə təmsil olunması şərt olaraq masadadır. Rəsmi Ankaranın Ağdamda yerləşən Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzini, xüsusilə türk zabitlərini aktivləşdirmək istəyi də bu ehtimalı önə çıxarır”.
Siyasi şərhçinin fikrincə, mümkündür ki, müzakirələrdə bu iki istiqamət Bakı və Ankara üçün əsasdır: “Laçın dəhlizinə nəzarət məsələsində Rusiya ilə yanaşı Türkiyə hərbçilərinin də iştirak etməsi perspektivi var”.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

