Siyasi proseslərə baxış bucağı dəyişir
13.01.2022 [10:23]
Qazaxıstan hadisələri türk birliyinin möhkəmləndirilməsi çağırışlarının artmasına səbəb olub
Pərviz Sadayoğlu
Qazaxıstanda baş verən hadisələrin ardından KTMT-nin sülhməramlı kontingentinin çağırılmasının bu ölkədə müəyyən narazılıqlar yaratması sirr deyil. Ölkə ictimaiyyəti bununla bağlı həm sosial şəbəkələrdə, həm də kütləvi informasiya vasitələrində müəyyən çağırışlar edirlər. Maraqlıdır ki, bu çağırışlarda narazılıqlarla yanaşı, türk birliyinin vacibliyi ilə bağlı elementlər də yer alır. Qazax xalqı Türk Dövlətləri Təşkilatının (TDT) fəallığının daha da artırılmasının zəruriliyini önə çəkir.
Ümumiyyətlə, son proseslər Qazaxıstanla yanaşı, digər türkdilli ölkələrdə də mühüm təsirlərə yol açıb. O baxımdan ki, region ölkələrinin ictimai fəalları, siyasi ekspertləri türk birliyinin daha da möhkəmlənməsinin vacibliyini qəti surətdə bildirirlər. Hətta təşkilat üzvü olan dövlətlər arasında daha sıx və intensiv əlaqələrinin qurulması məsələsi də əsas müzakirə predmetlərindəndir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, TÜRKPA-nın və 2014-2018-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi olmuş Ramil Həsən Qazaxıstanın hər zaman Türk dünyasının aparıcı dövlətlərdən biri olduğunu diqqətə çatdırıb. Millət vəkili qeyd edib ki, bu gün orada baş verənlər həqiqətən də üzücüdür.
Yaxın zamanlarda, bu ölkədə sabitliyin təmin olunacağına ümid etdiyini bildirən R.Həsənin fikrincə, baş verən hadisələrin nəticəsi olaraq bəzi maraqlı nüanslar ortaya çıxmaqdadır: “Təbii ki, bu məsələ Qazaxıstanın daxili işidir. Bu mənada, məsələ ilə bağlı hər hansı siyasi dəyərləndirmə aparmaq çox çətindir. Bununla belə, Qazaxıstan həm də Türk dünyasının bir parçasıdır. Proseslərin inkişafı isə artıq cəmiyyətdə böyük təsir oyatmaqdadır. O baxımdan ki, Qazaxıstan cəmiyyətində siyasi proseslərə baxış bucağı dəyişir. Qeyd edim ki, bu hal digər türk dövlətlərinə də sirayət etməkdədir. Artıq türk birliyinə münasibət daha istidir. Eyni zamanda, baş verənlərin fonunda Mərkəzi Asiyada Qərbə inteqrasiya meyllərinin artması da müşahidə edilir. Türk Dövlətləri Təşkilatının nüfuzu da Mərkəzi Asiyada artmaqdadır. Bu hal açıq şəkildə görünür. Sosial şəbəkələrdə, internet resurslarında bu tipli açıqlamalara daha tez-tez rast gəlmək mümkündür. Bu isə onu deməyə əsas verir ki, perspektivdə TDT-nin fəallığının artmasının şahidi ola bilərik. Hər bir halda, Qazaxıstanda sabitliyin təmin olunması ən vacib məsələdir. Bu problemin daha da kəskinləşməsinə yol vermək olmaz”.
Xəbər lenti
Hamısına baxAnalitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10

