Azərbaycanın şərtləri bəllidir
03.02.2022 [10:01]
Sülh müqaviləsi beynəlxalq hüquq normalarına, xüsusilə də ərazi bütövlüyü və suverenlik prinsiplərinə əsaslanmalıdır
N.QƏLƏNDƏRLİ
Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa edərək regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa xidmət edən yeni geostrateji reallıq yaradıb. Artıq Cənubi Qafqazda postmüharibə mərhələsidir və saatlar Bakı vaxtı ilə qurulur. Hazırkı dönəmdə ən aktual mövzulardan biri isə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsidir. Yeri gəlmişkən, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda bu məsələyə toxunaraq deyib ki, hərbi işğal faktı sona çatıb və Azərbaycan güc tətbiq etməklə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə dair yanlış nümunəyə son verib. O vurğulayıb ki, Azərbaycan sülh gündəliyini izləyir və bu, gündəlik qonşu və tərəfdaş ölkələrlə dinc əlaqələrin yaradılması mesajıdır. Prezidentin köməkçisi əlavə edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır. Onun sözlərinə görə, bu saziş beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır.
İrəvanın yeganə və son şansı
Azərbaycan dövləti sülh müqaviləsinin imzalanması məsələsində qətiyyətli və birmənalı mövqe nümayiş etdirir. Respublikamızın Ermənistan qarşısındakı şərtləri aydındır: İrəvan yeni şəraitdə reallıqlara uyğun davranmalı, ağıllı, konstruktiv mövqe sərgiləməlidir, öz qonşuları ilə normal münasibətlər qurmalı, ərazi iddialarından əl çəkməlidir. Eyni zamanda, Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparılmalı, sülh müqaviləsinə hazırlıq işlərinə başlanılmalıdır. Ermənistan siyasi rəhbərliyi yaxşı anlayır və anlamalıdır ki, o, eləcə də ona havadarlıq edən bəzi xarici güc mərkəzləri regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyillər. Ona görə də İrəvan qalib və haqlı Azərbaycanın diktəsi fonunda reallıqlarla tam barışaraq şərtləri qəbul etmək və beynəlxalq hüquq normalarına uyğun davranış sərgiləmək məcburiyyətindədir.
Zaman Ermənistanın əleyhinə işləyir
BMT Nizamnaməsinin 51-ci maddəsində əks olunmuş “sülhə məcburetmə” əməliyyatını 44 gün ərzində uğurla həyata keçirməklə ərazi bütövlüyünün bərpasına nail olan Azərbaycan postmüharibə dönəmində Ermənistana sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu buraxmayıb. Bu reallıq bir daha təsdiq edir ki, Azərbaycan öz hərbi-siyasi resurslarından və diplomatik imkanlarından istifadə etməklə strateji hədəflərini addım-addım gerçəkləşdirir. Ermənistan hazırkı mərhələdə sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışsa da, birdəfəlik geosiyasi qaçış şansı yoxdur. Yeni gerçəkliklər fonunda regionda təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə əlaqədar şərtləri Azərbaycan diktə edir. Qalib və haqlı Azərbaycanın geostrateji pressinqi qarşısında iqtisadi və siyasi taqətdən düşən Ermənistan sülh müqaviləsinə imza atacaq. Sadəcə, məğlub ölkə və ona havadarlıq edən qüvvələr anlamalıdırlar ki, zaman onların əleyhinə işləyir.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

