Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini təsdiqləyib

Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini təsdiqləyib

04.02.2022 [09:15]

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib.

Trend xəbər verir ki, TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi adıçəkilən komissiya tərəfindən yüksək dəyərləndirilib və zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim olunub.

Xatırladaq ki, fevralın 1-də Azərbaycan Milli Məclisinin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib. Beləliklə, Milli Məclis “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsini təsdiq edib.

Paylaş:
Baxılıb: 1172 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31