Əziz Şuşa - əzəli Azərbaycan yurdu, ermənilər üçün yad şəhər
09.02.2022 [10:01]
Nurlan QƏLƏNDƏRLİ
Müşfiqə BAYRAMLI
Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çox önəmli məsələlərə toxundu. Dövlət başçısı yeni mərhələdə dövlət siyasətinin əsas strateji istiqamətlərini və prioritetlərini diqqətə çatdırdı, həmçinin günümüz üçün aktual olan bir sıra tarixi məqamlara nəzər saldı.
Azərbaycan Prezidentinin toxunduğu məsələlərdən biri də Şuşanın doğma - əzəli Azərbaycan yurdu və ermənilər üçün yad şəhər olması oldu. “İşğala qədər, yəni sovet dövründə Şuşanın Azərbaycan xalqı üçün, mən belə hesab edirəm, əhəmiyyəti onda idi ki, bu, qədim Azərbaycan şəhəridir, tarixi Azərbaycan şəhəridir və əsassız olaraq sovet hakimiyyəti tərəfindən süni şəkildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə salındı. Yəni bəli, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibində idi. Amma onun tərkibində Şuşa şəhəri var idi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi arasında, Büro üzvləri arasında o vaxt bir azərbaycanlı var idi. Doqquz, ya on büro üzvü idi, onlardan biri azərbaycanlı idi - Şuşa şəhərinin rəhbəri, o vaxt birinci katib deyirdilər”,-deyə dövlət başçısı vurğulayıb.
Tarix üzrə elmlər doktoru Nazim Məmmədov “Azərbaycan Respublikasının Şuşa şəhərinin tarixi” kitabında yazır ki, 1927-ci ildən başlayaraq, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda hiyləgər ermənilərdən ibarət güclü bürokratik aparat yaradıldı. Dağlıq Qarabağ xalq Komissarları Sovetinin tərkibini nəzərdən keçirərkən bir daha deyilənlərin şahidi oluruq. Belə ki, həmin 9 nəfərdən ibarət tərkibdə bircə nəfər azərbaycanlı var idi. İcraedici orqanlar da bu səpkidə təşkil edilmişdi və kəndlərdə əhaliyə qarşı təzyiq xarakterli tədbirlər həyata keçirilirdi. Vilayət Partiya Komitəsi və Rayon İcraiyyə hakimiyyəti azərbaycanlılar yaşayan kəndlərə ögey münasibət göstərirdi. Burada məkrli niyyət sahiblərinin məqsədi azərbaycanlıları sıxışdıraraq ata-baba yurdundan çıxarmaq və süni surətdə ermənilərin say çoxluğuna nail olmaq idi.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov isə bildirib ki, 1921-ci ilin iyulun 4-də Qafqaz bürosu sovet Azərbaycanın tərkibində Qarabağın dağlıq hissəsi ilə bağlı qərar çıxarmaq fikrinə düşmüşdü. Qərarda heç bir elmi və tarixi əsası olmadan bu torpaqlar Ermənistana verildi: “Amma həmin axşam Azərbaycan nümayəndə heyətinin, xüsusilə də Nəriman Nərimanovun təkidlərindən sonra iyulun 5-də Qafqaz bürosu yenidən bu məsələyə baxdı. Şuşa paytaxt olmaqla Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında qərar qəbul olundu. Bu qərar 1921-ci ildə qəbul olunsa da, yalnız 1923-cü il iyulun 7-də Azərbaycan ərazisində DQMV yaradıldı, ancaq paytaxt Şuşa yox, Xankəndi oldu. DQMV-nin tərkibində yeganə Şuşa şəhərinin birinci katibi azərbaycanlı idi. Birinci katib kim olurdusa, həmin adam da büronun üzvü olurdu. DQMV-də rayonların adları da erməni adları idi, amma Şuşanın əhalisi birmənalı olaraq azərbaycanlı idi. İdarə edənlərin hamısı azərbaycanlı idi”.
İdris Məhərrəmov, Nurəddin Ağayev, Arif Ağakişiyev, Qəşəm Aslanov, Əhəm Kərimov, Niyaz Hacıyev, Vaqif Cəfərov Azərbaycan Kommunist Partiyası Şuşa rayon Komitəsinin birinci katibi vəzifəsində çalışanlar sırasında idi. Onlardan biri Qəşəm Aslanov faciəli şəkildə avtomobil qəzasında dünyasını dəyişdi. Onun xələfi Vaqif Cəfərov isə 1991-ci ildə Qarabağda bir sıra dövlət xadimləri ilə birgə içində olduğu Mi-8 hərbi vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində həlak oldu.
Şuşa 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalsa da, öz milli kimliyini - azərbaycanlı ruhunu itirməyib. Ermənilərin Şuşanın mədəni-siyasi aurasını dəyişdirmək, onu erməni şəhəri kimi təqdim etmək cəhdləri heç bir nəticə verməyib. Hərbi-siyasi əsarətdən xilas edildikdən sonra Şuşa öz əzəmətini - möhtəşəmliyini, tarixi simasını bərpa etməkdədir.
Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəyovun heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası bu baxımdan xüsusi vurğulanmalıdır. 2022-ci ilin “Şuşa ili” elan edilməsi isə bu prosesin davamı, yaxud prosesə tarixi töhfədir. Dövlətimizin başçısı bununla həm də milli - tarixi-mədəni və ictimai-siyasi yaddaşı təzələyir, gənc nəslə vətənpərvərlik, zəngin mədəni irsimizə bağlılıq hissi aşılayır, milli mirasımıza sahib çıxmaq nümunəsi göstərir. Şuşa bu gün Azərbaycanın mədəniyyət paytaxtıdır. Heç şübhəsiz, sabah Türk Dünyası və İslam aləminin kültür mərkəzi olacaq, çünki o, qeyd etdiyimiz kimi, bəşər sivilizasiyasının mədəni xəzinəsidir. Dövlət başçısının imzaladığı Sərəncamda qeyd edildiyi kimi, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır!
P.S. Mövzunu davam etdirəcəyik.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

