Gürcüstandan yeni çağırışlar...
17.03.2022 [10:29]
2008-ci ilin “revanşı” nə qədər aktualdır?
Pərviz SADAYOĞLU
Rusiya ilə Ukrayna arasındakı hərbi toqquşmalar post-sovet məkanında yeni alovlanmalara səbəb ola bilər. Yayılan məlumatlara görə, artıq bunun işartıları da görünməkdədir. Belə ki, Ukraynanın Rusiyaya dirənişindən “ruhlanan” Gürcüstandan 2008-ci ildə yaşanan acı məğlubiyyətin revanş sədaları səslənir. Bu günlərdə sosial şəbəkələrdə yayılmış videoda dörd silahlı gürcünün rəsmi Tiflisi Ukraynadakı vəziyyətdən istifadə etməyə çağırdığı ortaya çıxıb. Sosial mediada yayılmış videonun Ukraynada çəkildiyi görünür. Videodakıların biri deyir: “Bu gün Ukrayna qaynayır, biz gürcüstanlıların torpaqlarımızı qaytarması üçün nadir fürsət yaranıb”.
“Rəngli inqilab”dan acı məğlubiyyətə
Vaxtilə post-sovet məkanının 2 ölkəsində - Ukrayna və Gürcüstanda Qərbin di?təsi və maliyyə dəstəyi ilə baş tutan rəngli inqilablar regiondakı siyasi proseslərin axarına mühüm təsir göstərmişdi. Bunun nəticəsi idi ki, hər iki ölkədə hakimiyyətə gələn qərbyönümlü siyasi qüvvələr ilkin növbədə Avrointeqrasiya məsələsini gündəmə gətirmişdi. Sözügedən inteqrasiyanın əsas istiqamətləri isə bu dövlətlərin Avropa Birliyinə və ya NATO-ya daxil olması, ABŞ ilə münasibətlərdə daha yaxınlıq, bunun tam əksinə, Rusiyaya qarşı tam radikal mövqenin sərgilənməsi idi. Bunun müqabilində Gürcüstan ilkin addım olaraq Cənubi Osetiya və Abxaziya problemini aradan qaldırmaq üçün hərəkətə keçmişdi. Amma Rusiyanın məsələyə müdaxiləsi, Qərbin isə Kremllə qarşıdurma “həvəsində olmaması” Gürcüstanın acı məğlubiyyəti ilə nəticələndi. Ötən 14 ildə bu ölkədə dəyişən hakimiyyətlər 2008-ci ildə baş verənləri yumşaq dildə desək, “tələskənlik” adlandıraraq səhv yol kimi dəyərləndirmişdilər. Düzdür, tam qərbpərəst Saakaşvili dönəmindən sonra Gürcüstanda hakimiyyətə gələn qüvvələrin əksəriyyəti fərqli siyasi statusa malik olsalar da, Rusiya ilə münasibətlərdə bəzi detallar öz aktuallığını qorudu. Məsələn, ötən 14 ildə Gürcüstan demək olar ki, Rusiya ilə ikitərəfli əlaqələr qurmur, hətta Kremlin iştirak etdiyi çoxtərəfli layihələrdə belə yer almaq niyyətinin olmadığını ortaya qoyur. Bu isə onu deməyə əsas verir ki, 2008-ci ildən “dərs çıxarmış” rəsmi Tiflis öz iddialarından əl çəkməmək şərtilə gözləmə mövqeyindədir.
Gürcüstan yaranan situasiyadan istifadə edə biləcəkmi?
2021-ci ilin sonu, 2022-ci ilin əvvəlində daha da kəskin hal almış Ukrayna böhranı həm Qərbi, həm də Rusiyanı bəzi siyasi korrekt?lərə məcbur etdi. Artıq Qərb 2008-ci ildəkindən daha qətiyyətli görünürdü və bu qətiyyətin sayəsində həm Ukrayna, həm də Gürcüstanın Aİ üzvü olması məsələsi yenidən aktuallaşdı. Düzdür, bu ilin əvvəlində Qərbin Ukraynanı NATO-da görmək istəyi fonunda çoxspektrli Avrointeqrasiya rəsmi Kiyevi müharibə ilə qarşı-qarşıya qoysa da, siyasi reallıqların dəyişdiyi faktdır. Rusiyanın başladığı hərbi əməliyyat qərbə doğru yol almaq niyyətində olanları dayandırmaq üçün son addıma çevrilib. Gürcüstanın da tələm-tələsik Aİ üzvü olmaq niyyətini ortaya qoyması bunu təsdiqləyir. Rəsmi Tiflis anlayır ki, Qərb Rusiyanı Ukraynada dayandıracaqsa, bundan maksimum yararlanmaq gərəkir.
Bütün bunların ortaya qoyduğu bir gerçəklik də var. Unutmayaq ki, Avrointeqrasiya arzusu medalyonun digər üzündəki niyyətlərin ortaya çıxardığı reallıqdır. Başqa sözlə, Gürcüstan bu və ya digər şəkildə ərazi bütövlüyünü təmin etmək, həm Cənubi Qafqazda, həm də post-sovetdə yaranan yeni siyasi mənzərədə bütöv halda təmsil olunmaq istəyir. Amma bu arzusuna nə dərəcədə nail olacaq, bunu zaman göstərəcək. Hər bir halda, Gürcüstanın ərazi bütövlüyü ilə bağlı çağırışlar Rusiyanın döyüşdüyü Ukraynadan gəlirsə, demək proseslərin inkişafı hansısa yenilikləri ortaya çıxara bilər. Ən azından, Qərbin bu dəfə qaçmağa yeri qalmayıb...
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

