Şuşa Bəyannaməsi istənilən vaxt icra oluna bilər!
13.04.2022 [09:25]
Ərazi bütövlüyünə və suverenliyə qarşı təhdidlərin qarşısını almaq üçün
ÜMİD
Cənubi Qafqazda sülh və sabitlik-təhlükəsizlik mühitinin təmin olunması diqqət mərkəzindədir. Bu səpkidə Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə əlaqədar məsələlər müxtəlif səviyyələrdə müzakirə olunur. Vurğulanır ki, ilk növbədə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bütün tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Xüsusilə də, 4-cü bənddə əksini tapmış “erməni silahlı qüvvələrinin çıxarılması” məsələsində. Azərbaycan bu istiqamətdə qəti - birmənalı mövqe sərgiləyir. Amma təəssüflər olsun ki, qarşı tərəf müəyyən sabotaj və təxribatlara yol verir. Özəlliklə də, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət və məsuliyyət zonasında tez-tez qeyri-qanuni hərəkətlər baş verir, beynəlxalq hüquq normalarına və üçtərəfli Bəyanatın tələblərinə zidd hallar müşahidə olunur. Bu, təbii ki, Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanır.
Əlbəttə, Azərbaycan dövləti öz prinsipial mövqeyini ortaya qoyur, qəti xəbərdarlıq edir. Siyasi ekspertlər isə qeyd edirlər ki, belə hərəkətlərə davamlı olaraq yol veriləcəyi halda, Azərbaycan antiterror əməliyyatı keçirə, öz ərazisində təhlükəsizliyi təmin edə bilər. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə təhdid yaranacağı təqdirdə, Şuşa Bəyannaməsindən irəli gələn məsələlər çərçivəsində hərbi-siyasi tədbirlər həyata keçirilə bilər.
Şuşa Bəyannaməsinin imzalanması və təsdiq olunması ilə Azərbaycan və Türkiyə yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırıb. Bu, təhdidlərə qarşı birgə mübarizə mexanizminin yaradılmasıdır. Sənəddə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi də vurğulanıb. Eyni zamanda, bundan sonrakı mərhələdə müştərək milli mənafelər baxımından siyasi, hərbi, təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi aktuallıq daşıyır. Bəyannamədə müdafiə məsələlərinin əks olunması isə elə hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına - istənilən təhdidin qarşısının alınmasına hesablanıb. Sənəddə qeyd edilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Beləliklə, Azərbaycan və Türkiyə milli maraqların tələb, siyasi situasiyanın isə diktə edəcəyi təqdirdə, Şuşa Bəyannaməsindən irəli gələn vəzifələri qətiyyətlə yerinə yetirəcəklər. Bu, təhdidlərin qarşısını birlikdə almaq iradəsinin nümayişidir. Ona görə də regionda sülhə, sabitliyə təhdid yaradan hal və hərəkətlərə yol verilməməli, beynəlxalq hüquq normalarına və üçtərəfli Bəyanatın tələblərinə - öhdəliklərinə uyğun davranılmalıdır!
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59

