Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İtaliyanın "İl Foglio" qəzeti: Bakıdan dönə-dönə üzr istəyirik

İtaliyanın "İl Foglio" qəzeti: Bakıdan dönə-dönə üzr istəyirik

23.12.2010 [10:19]

Dünən İtaliyanın “İl Foglio” qəzeti öz saytında “Bakıdan dönə-dönə üzr istəyirik” sərlövhəli material yerləşdirib. Qəzet bir qədər əvvəl dərc etdiyi yalan və böhtan xarakterli yazıya görə Azərbaycan Prezidentindən, ölkəmizin birinci xanımından və bütün Azərbaycan xalqından üzr istəyir. AzərTAc həmin təkzibi təqdim edir: “çap edilmiş əsassız məqaləmizə görə Azərbaycanın birinci xanımına təkzib məktubu. Dekabrın 3-də “İl Foglio” qəzetində Azərbaycan Respublikası Prezidentinin xanımının şəxsi həyatına aid dərc edilmiş qeyri-ciddi və böhtan xarakterli redaksiya məqaləsi Bakıda çox kəskin mənfi reaksiya doğurmuşdur və rəylərdən ibarət kiçik qəzetimiz bundan olduqca təəssüflənir. Bugünkü yazı ilə “İl Foglio” qəzeti Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti və Milli Məclisin deputatı Mehriban xanım Əliyevadan, Azərbaycan Prezidenti İlham Əliyevdən, eləcə də həmin məqalədən birinci xanımın çox üzüldüyünü və onun nüfuzuna dəymiş zərərin ağırlığını bizə məktub və elektron poçtla bildirən bütün Azərbaycan xalqından üzr istəyirik. Biz bu cür qeyri-ciddi məqaləni dərc etmək istəməzdik və “Wikileaks” saytından təsdiq olunmamış informasiyadan istifadə etməklə ehtiyatsızlığa yol vermişik. Biz bu informasiyanın bloqlarda və saytlarda yayılmasını istəməzdik və məqalənin doğurduğu əks-sədaya görə təəssüflənirik.
Məqalə diqqətsizliyimiz üzündən dərc edilmişdir və səhvimizi etiraf edirik. Mənbələrin etibarsız və məqaləmizin mahiyyətcə iftira olduğunu, üslubunun həddindən artıq bayağılığını nəzərə alaraq, bu təkzibi müvafiq üzrxahlıqla dərc edirik. Əminik ki, İtaliya və Azərbaycan xalqları arasında gözəl münasibətlər və qarşılıqlı rəğbət hissləri biz jurnalistlərin səhvinə görə bir an belə pozulmayacaqdır. Biz təkzib məktubumuzun sonunda böyük Azərbaycan şairi Məhəmməd Füzulidən bir misal gətirərək demək istəyirik ki, gəlin umu-küsüləri bir kənara atıb, soyuq qış günlərində bir-birimizi qəlbimizin hərarəti ilə isindirək”.

Paylaş:
Baxılıb: 926 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30