İkinci Bakı-Tbilisi-Ceyhan...
31.12.2010 [09:47]
Prezident İlham Əliyev Azərbaycanın kommunal infrastruktur layihələri sırasında ən nəhəngi və əhəmiyyətlisi hesab olunan Oğuz-Qəbələ-Bakı su kəmərinin 2007-ci ildə təməlinin qoyulmasından sonra tikinti işlərini daim diqqət mərkəzində saxlayıb və müvafiq tapşırıqlarını verib. Dövlətimizin başçısı tikinti ilə bağlı müvafiq işlərlə daim yaxından tanış olub, kəmərin vaxtında istifadəyə verilməsi üçün lazım olan bütün tədbirlərin həyata keçirilməsinə kömək edib. Oğuz-Qəbələ-Bakı su kəmərinə böyük önəm verən Prezident İlham Əliyev layihənin icrası zamanı dünyada mövcud olan ən yüksək texnologiyaların tətbiqini, ekoloji baxımdan ən keyfiyyətli boruların çəkilməsini tövsiyə edib.
Dövlət başçısı layihənin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondundan böyük həcmdə vəsaitlərin ayrılması barədə müvafiq tapşırıqlar verib və layihənin texniki-iqtisadi detalları ilə bağlı bütün parametrlər yüksək səviyyədə yerinə yetirilib. Suyun keyfiyyətinin qorunması üçün borular korroziyaya qarşı davamlı olan şüşə lifli poliestrdən hazırlanıb. Kəmərin çəkilişində istifadə olunan borular Sumqayıtdakı “Azkompozit” zavodunda istehsal edilib və dünyada ekoloji cəhətdən ən keyfiyyətli məhsul sayılır. Bu tendensiya, həm də kəmərin çəkilişində tələb olunan avadanlıqların, mal və materialların yerli müəssisələrdə istehsal olunduğunu təsdiqləyir ki, bu da ölkəmizdə minlərlə insanının iş yerləri ilə təmin olunması deməkdir. Yəni, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi su təminatını həll etməklə yanaşı, həm də respublikamızda iş yerlərinin yaradılması strategiyasına xidmət edib.
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi ilə bağlı görülən işlər, eyni zamanda, ölkəmizdə sənayenin inkişafında mühüm rol oynayıb. Kəmərin tikintisi nəticəsində Sumqayıtda böyük bir sənaye kompleksi yaradılıb. Bu müəssisənin inkişafı sənaye sektoruna impuls verib, həmin zavodun ixrac imkanlarını artırıb. Belə ki, “Azkompozit” zavodunda istehsal olunan məhsulların yüksək keyfiyyəti və rəqabətqabiliyyətliliyi xarici dövlətlərin şüşə lifli borulara marağını artırıb. Artıq həmin məhsullarının xarici ölkələrə ixrac edilməsi nəzərdə tutulur. Qeyd edək ki, kəmərin tikintisində ümumilikdə 285 kilometrdən çox diametri 2000 millimetr olan borulardan və 65 kilometrdən çox diametri 300-1600 millimetr olan borulardan istifadə edilib, 15 milyon kubmetrdən çox torpaq, borunun yanlarının kipləşdirilməsi üçün 7 milyon kubmetrdən çox qum-çınqıl işləri görülüb, 1000 ədəddən çox müxtəlif diametrli siyirtmə quraşdırılıb.
Bundan başqa, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi zamanı qazılmış artezian quyuları, inşa olunmuş yarımstansiyalar, suqəbuledici qurğular kompleksi, nizamlayıcı qurğular da yerli istehsal müəssisələrinə aiddir. Bu isə layihənin bir çox komponentlərinin yerli istehsal müəssisələrinin gücü hesabına yerinə yetirildiyini göstərir. Su kəmərini normal istismar etmək üçün müxtəlif ölçmə avadanlığı və qurğular tikilməklə SCADA idarəetmə sistemi yaradılıb ki, bu da kəmərin hidravlik iş rejimini nəzarətdə saxlayacaq, baş verə biləcək sızmanın yerini və axıntının miqdarını müəyyənləşdirməyə imkan verəcək. Yəni, kəmərin idarəedilməsi üçün ən modern texnologiyanın gücündən istifadə olunur.
Oğuz-Qəbələ-Bakı su kəməri ilə paytaxta verilən suyun keyfiyyəti ekoloji baxımdan yüksək göstəricilərə malik olmasına görə də fərqlənir. Kəmərdən axan təbii bulaq suyu Dünya Səhiyyə Təşkilatının bütün tələblərinə tam uyğundur, hətta bioloji xüsusiyyətlərinə görə daha keyfiyyətlidir. Bir sıra ölkələrin iri şəhərlərinə verilən suların keyfiyyəti göstəricilərinə görə Oğuz-Qəbələ-Bakı kəmərinin suyundan qat-qat aşağıdır. Yəni, Bakı sakinləri dünyada analoqu olmayan ən zəngin su ehtiyatları ilə təmin olunmaqdadırlar.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Oğuz-Qəbələ-Bakı kəmərinin istifadəyə verilməsi böyük tarixi hadisədir və paytaxt sakinləri üçün ən böyük töhfədir: “Bu kəmərin Bakı sakinləri üçün çox böyük əhəmiyyəti olacaqdır. Bildiyiniz kimi, Bakı şəhərində əhalinin 60 faizi içməli suyu fasilələrlə alır. Əlbəttə ki, müasir şəhər üçün bu, dözülməz bir vəziyyətdir. Bakıda su problemi əsrlər boyu mövcud idi. Bütün dövrlərdə Bakının içməli su ilə təmin edilməsi üçün müxtəlif tədbirlər görülürdü. Ancaq paytaxtımızın böyüməsi, şəhərdə əhalinin artması nəticəsində əlbəttə ki, görülən tədbirlər lazımi səmərə vermirdi. Ona görə yeni mənbədən təmiz, keyfiyyətli suyun Bakıya gətirilməsi qarşımızda duran əsas məsələlərdən biri idi. Mən çox şadam ki, biz buna nail olduq. Mənə verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti nəticəsində Bakı şəhərinin əhalisinin 75 faizi fasiləsiz təmiz, keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su ilə təmin ediləcəkdir”.
Onu da qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilməmişdən əvvəl paytaxt əhalisinin 40 faizi fasiləsiz, 60 faizi isə müəyyən cədvəl üzrə su ilə təmin olunurdu. Bu kəmər istifadəyə verildikdən sonra əhalinin 75 faizə qədəri fasiləsiz, qalanları isə müəyyən cədvəl üzrə içməli su alacaq. Yəni, suyun verilməsinin müddəti 2 dəfəyə qədər artacaq. ümumiyyətlə, qarşıdakı illərdə şəhər əhalisinin fasiləsiz su ilə təminatı ilə bağı davamlı işlər həyata keçiriləcək. Paytaxta yeni su xətləri çəkiləcək, mövcud kiçik diametrli borular böyükləri ilə əvəz olunacaq və bununla da yaxın bir neçə ildə şəhərə cədvəl üzrə su verilməsi tamamilə aradan qaldırılacaq. Bakıətrafı yaşayış məntəqələrində isə su problemi yeni su təchizatı və kanalizasiya sisteminin yaradılması ilə tam həllini tapacaq. Dövlət başçısının qeyd etdiyi kimi, su təchizatı infrastruktur layihələri içərisində əsas yer tutacaq: “Biz bundan sonra da çalışmalıyıq ki, Bakı şəhərinin su probleminin əsaslı şəkildə həll edilməsinə nail olaq. Bu məqsədlə əlavə tədbirlər görüləcəkdir. Taxtakörpü su anbarının tikintisi, Samur-Abşeron su kanalının istifadəyə verilməsi nəticəsində Bakıda suyun həcmi daha da artacaqdır. Yəni, bu gün qarşımızda duran əsas məsələlərdən biri içməli su, kanalizasiya layihələrinin həyata keçirilməsidir. Biz çalışırıq ki, bu məsələ də Azərbaycanda dünya səviyyəsində həll olunsun. Mən ümid edirəm ki, yaxın zamanlarda, bir neçə ildən sonra bu problem ölkə miqyasında bütövlükdə həllini tapacaqdır. Bir daha demək istəyirəm ki, bunu etmək üçün bizdə bütün imkanlar, güclü siyasi iradə, düşünülmüş siyasət, konkret proqramlar, artıq peşəkar kadrlar, güclü yerli şirkətlər vardır”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

