Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: Azərbaycan iqtidarı 2010-cu ildə səmərəli fəaliyyət göstərib

Əli Əhmədov: Azərbaycan iqtidarı 2010-cu ildə səmərəli fəaliyyət göstərib

31.12.2010 [09:47]

“Azərbaycan iqtidarı 2010-cu ildə səmərəli fəaliyyət göstərib və vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli layihələr həyata keçirib”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə 2010-cu ilin yekunlarını dəyərləndirən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib.
Ə.Əhmədov qeyd edib ki, 2010-cu ildə həyata keçirilən tədbirlər 2011-ci ildə də davam etdiriləcək: “Fundament və iradə var. ümid edirəm ki, 2011-ci ildə də bir sıra layihələrimiz reallaşdırılacaq. Gələn il hər bir şeydən əvvəl insanların rifahının daha da yaxşılaşdırılması istiqamətində addımların atılmasını gözləyirəm. Eyni zamanda, Dağlıq Qarabağ probleminin öz həllini tapacağına ümid edirəm”.
Ə.Əhmədov Prezident İlham Əliyevin “Jurnalistlərin dostu” mükafatına layiq görülməsinin dövlət başçısının ölkədə söz azadlığı və mətbuatın inkişafına verdiyi töhfənin nəticəsi olduğunu düşündüyünü deyib: “Azərbaycanda söz və mətbuat azadlığı üçün bütün imkanlar yaradılıb. Jurnalistlər çox düzgün və doğru qərar qəbul ediblər”.

Paylaş:
Baxılıb: 899 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30